Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

ABŞ ordusu Suriyadan çıxanda silahları ordakı kürd birləşmələrinə verə bilər


Foto arxiv
Foto arxiv

ABŞ Suriyadan ordunu çıxaranda silahları ordakı kürd birləşmələrinə verə bilər.

Reutersin məlumatına görə, ABŞ komandanlığı hazırda belə bir planı müzakirə edir.

Söhbət zirehli texnikalar,minatanlar və tank əleyhinə raket sistemlərindən gedir.

Amma bu barədə Reutersə məlumat verən mənbə qeyd edib ki, silahların verilməsi ilə bağlı danışıqlar hələ ki, ilkin mərhələdədir, hələ ki, yekun qərar qəbul edilməyib, amma yaxın vaxtlarda bu ideya, ordunun çıxarılması ilə bağlı ümumi plan çərçivəsində prezident Donald Trumpa təqdim ediləcək.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump dekabrın 19-da ABŞ ordusunun Suriyadan çıxarılacağını bəyan edib.

O bu qərarını, terrorçu “İslam dövləti” qrupu üzərində qələbə ilə izah edir.

Amma ABŞ komandanlığı prezidentin bu qərarı ilə razı deyil, ordunun çıxarılmasını vaxtındanəvvəl hesab edir və Pentaqonun rəhbəri James Mettis buna görə istefa verdi.

Reuters qeyd edir ki, silahların ordakı kürd birləşmələrinə verilməsi, Türkiyənin narazılığına səbəb ola bilər.

Türkiyə hakimiyyəti Suriyadakı YPG kürd qruplaşmasının terrorçu PKK təşkilatı ilə əlbir olduğunu deyir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG