Keçid linkləri

2026, 16 Yanvar, Cümə, Bakı vaxtı 06:31

ABŞ, Azərbaycan daxil, 75 ölkəyə immiqrant vizaları verilməsini dayandırıb


Viza
Viza

ABŞ Dövlət Departamenti 75 ölkənin vətəndaşlarına, o cümlədən azərbaycanlılara immiqrant (daimi yaşayış) vizası verilməsini dayandırıb. Bu barədə "Fox News" xəbər yayıb.

75 ölkənin vətəndaşları üçün immiqrant vizalarının işlənməsi dayandırılır. Keçmiş SSRİ ölkələrindən Rusiya, Ermənistan, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan və Moldova siyahıda yer alıb.

Siyahıda Somali, Əfqanıstan, Braziliya, İran, İraq, Misir, Nigeriya, Tailand, Yəmən, Haiti, Qvatemala, Kosovo, Küveyt, Kamboca, Livan, Liviya da var.

Yeni qayda yanvarın 21-dən qeyri-müəyyən müddətə qüvvəyə minəcək. Konsulluq əməkdaşlarına bu ölkələrin vətəndaşlarına daimi yaşayış vizası verməkdən imtina etmək tapşırılıb.

ABŞ Dövlət Departamentinin təmsilçisi Tommi Piqottun izahına görə, bu addım hakimiyyətin müraciət edənlərin yoxlanılması prosedurlarını yenidən nəzərdən keçirməsi ilə bağlıdır.

"Dövlət Departamenti çoxdan mövcud olan səlahiyyətlərindən yararlanaraq yararsız immiqrantları müəyyənləşdirə biləcək, söhbət ABŞ üçün yükə çevrilərək Amerika xalqının səxavətindən sui-istifadə edəcək şəxslərdən gedir", – Piqott deyib.

Noyabrda Dövlət Departamenti dünyanın müxtəlif ölkələrindəki konsulluqlarına teleqram göndərib. Həmin sənəddə deyilirdi ki, yoxlamanı aparan şəxs ərizəçinin dövlət müavinətlərindən asılı vəziyyətə düşə biləcəyi qənaətinə gəlsə, ona immiqrant vizasının verilməsindən imtina etsin.

Tramp administrasiyasının 'Green Card' yoxlamaları Azərbaycana da şamil ediləcək?
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

ABŞ səfirliyi: Fasilə yalnız daimi yaşayış vizalarına aiddir

Bu məsələyə yanvarın 15-də Birləşmiş Ştatların (ABŞ) Azərbaycandakı səfirliyi də münasibət bildirib.

"Yerli mediada ABŞ-nin 75 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşları üçün bütün viza növlərini dayandırdığı iddiası ilə bağlı məqalələrin yayımlandığını müşahidə etmişik. Bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir. Sözügedən fasilə yalnız immiqrant (daimi yaşayış) vizalarına aiddir", - səfirlik vurğulayıb.

"Turist, işgüzar səfər, tələbə və mübadilə proqramları üzrə qeyri-immiqrant viza müraciətlərinə şamil edilmir. ABŞ-nin Bakıdakı səfirliyində qeyri-immiqrant viza müraciətlərinin qəbulu davam edir", - açıqlamada əlavə edilib.

XS
SM
MD
LG