Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

ABŞ nümayəndələr palatası bəzi dövlət idarələrinin maliyyələşdirilməsinə səs verib


Nümayəndələr palatasının yeni sıdri Nensi Pelosi
Nümayəndələr palatasının yeni sıdri Nensi Pelosi

ABŞ nümayəndələr palatası yanvarın 11-də bir sıra dövlət idarələrinin maliyyələşdirilməsinin bərpasına səs verib.

Nümayəndələr palatasına demokratlar nəzarət edir.

Amma Reuters yazır ki, dövlət müəssisələrində işin tam bərpa olunacağı hələ ki, dumanlıdır.

240 konqresmen demokratların təklif etdiyi qanun layihəsinin lehinə,179-u usə əleyhinə səs verib.

Bu, Daxili işlər və Ətraf mühitin mühavizəsi nazirliklərində işin bərpasına imkan açacaq.

ABŞ-da daxili işlər nazirliyinin əsas funksiyası, torpaqların idarəçiliyi və qorunması, habelə ekoloji fəaliyyətdən ibarətdir.

Qeyd edək ki, demokratlar Meksika ilə sərhədə divar çəkilməsinə lazım olan vəsaiti təsdiqləmədiyinə görə, ABŞ-da yeni dövlət büdcəsi hələ də qəbul edilməyib.Söhbət, təxmnən 6 milyard dollardan gedir. Demokratlar bunu israfçılıq sayır.

Buna görə artıq 3 həftədir ki, hökumət müəssisələri bağlıdır.

Bundan bir gün öncə Vaşinqtonda dövlət qulluqçuları işin bərpası tələbi ilə etiraz aksiyası keçiriblər.

ABŞ-da dövlət qulluqçuları işin bərpa olunmasını tələb edirlər
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

Meksika ilə sərhədə divar çəkmək, qanunsuz miqrasiyaya qarşı mübarizə aparmaq, prezident Donald Trumpın seçkiqabağı əsas vədlərindən biri idi.

Buna görə də vergilər nazirliyindən Federla Təhqiqat Bürosunadək 800 minə yaxın dövlət qulluqçusu maaş ala bilmir.

Prezident Donald Trump bundan bir gün öncə yenidən xəbərdarlıq edib ki, əgər Konqres güzəştə getməsə, ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edə bilər.

Yaxın günlərdə prezident Konqreslə razılığa gələ bilməsə, onda bu ABŞ-ın Tarixində ən uzun belə böhran olacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG