ABŞ-la Çin iki ölkə arasındakı “ticarət müharibəsində” barışıq elan ediblər.
Razılaşma ABŞ prezidenti Donald Trump-la Çin prezidenti Xi Jinping-in Böyük 20-lər ölkələrinin Argentina sammiti çərçivəsində keçirdikləri görüşdə əldə olunub.
AzadlıqRadiosunun məlumatına görə liderlər sammitdən sonra yemək süfrəsində görüşüblər və nu günün ən gözlənən hadisələrindən biri idi.
Şənbə günü gecə yayılmış bəyanata görə, ABŞ tərəfi indən belə Çin mallarına rüsumların qaldırılmasını dayandıracaq. Öz növbəsində Çin, ən yaxın gələcəkdə kənd təsərrüfatı məhsulları da daxil olmaqla böyük həcmdə ABŞ malları alacaq.
Ağ evin sözçüsü Sara Sanders bildirib ki, tərəflər, ABŞ biznesi üçün böyük əhəmmiyyət daşıyan intelektual mülkiyyətin müdafiəsi də daxil olmaqla bir sıra çətin problemləri müzakirə etmək razılığına gəliblər.
Bu məsələlərlə bağlı danışıqlar təcili başlayacaq və 90 gün üçün nəzərdə tutulur.
Əgər danışıqlar baş tutmasa ABŞ-ın tarifləri qaldırmaq hüququ var.