Keçid linkləri

2025, 15 May, Cümə axşamı, Bakı vaxtı 07:13

ABŞ Türkiyəyə F-35 təyyarələrinin satışını dayandıra bilər


 F-35
F-35

ABŞ senatı iyunun 18-də Türkiyəyə F-35 təyyarələri satışının dayandırılmasını nəzərdə tutan qanun layihəsi qəbul edib.

Reuters və digər qərb agentliklərinin məlumatına görə, sənəddə, Türkiyənin Rusiyadan S-400 raketlərinin alışını dayandırmayacağı halda ona qarşı belə bir qatağa tətbiq edilməsi təklif olunur.

Qeyd edək ki, S-400, Rusiyanın yeni nesil hava hücumlarından müdafiə sistemlərindən biridir.

NATO üzvü olan Türkiyə ABŞ-ın F-35 proqramında tərəfdaş ölkələrdən biridir vəhazırda 100-ə yaxın “Stealth” təyyarəsi almağı planlaşdırır. Bu təyyarələri Lockheed Martin Corp şirkəti istahsal edir.

Sənədin qüvvəyə minməsi üçün onu ABŞ prezidenti Donald Trum-da təsdiqləməlidir.

NATO rəsmiləri dəfələrlə Türkiyəyə xəbərdarlıq ediblər ki, Rusiyanın S-400 sistemləri NATO-nun müdafiə sistemi ilə düz gəlmir.

Qeyd edək ki, Türkiyə 2016-cı ildə Rusiya ilə S-400 raketlərinin alınması barədə razılaşma imzalayıb.

Senatorlar həmçinin Türkiyə prezidenti Racep Tayyip Erdoganın hakimiyyəti dövründə Ankara ilə Moskva arasında münasibətlərin möhkəmlənməsi, habelə 2016-cı il qiyam cəhdindən sonra bu ölkədə ABŞ vətəndaşlarının həbsindən narahatlıq bildiriblər.

Qeyd edək ki, Türkiyə regionda NATO və ABŞ-ın əsas müttəfiqlərindən biri idi.

Amma 2016-cı ildəki çeviriliş cəhdindən sonra ölkədə başlanan həbslər və represiyalara görə Ankara ilə Vaşinqton arasında münasibətlər pisləşdi.

Ankara hesab edir ki, həmin çevriliş cəhdinin arxasında hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fətullah Gülen durur.

Gülen ittihamları rədd edir.

XS
SM
MD
LG