Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:19

Keçmiş silahdaşı prezident Sarkisianın cavabını verdi


Ovik Abramian
Ovik Abramian

“Unutmamalıyıq ki, nə vaxtsa ana çaya qarışan zərərli tullantılar onu tam yararsız hala sala və bütün yatağı hürküdə bilər. Və ola bilsin ki, bunadək ondan ayrılan və hələ də torpaq qoxusu verən qollar məhv olanadək, heç olmasa bir-iki kəndə həyat verə bilər”.

Bunu Ermənistanın keçmiş baş naziri Ovik Abramyan özünün Feysbuk səhifəsində prezident Serzh Sarkisianın siyasi xadimıərin hakim partiyadan aytılması ilə bağlı bəyanatına cavab olaraq yazıb.

Sarkisian hakim “Respublika partiyası” nın toplantısında deyib ki, böyük çaylar bütün həyatı boyu inkişafı təmin edir, həyat, çorək və su verir. Ondan ayrılan qollar isə bir daha geri dönmür, quruyaraq yoxa çıxır”.

Eduard Sharmazanov
Eduard Sharmazanov

Hakim “Respublika partiyası”-nın sözçüsü Eduard Şarmazanov AzadlıqRadiosunun Ermənistan xidmətinə müsahibəsində deyib ki, Sarkisian hakim partiyadan ayrılanlara demək istəyir ki, sonları olmaycaq.

“Bu xəbərdarlıq yox, reallıqdır. Siyasi əsas və motiv göstərmədən və siyasi proqramı olmadan başqa yolla gedənlərin gələcəyini görmürəm”, Şarmazanov deyib.

Şarmazanov hesab edir ki, partiya qarşıdan gələn seçkilərə prezidentin rəhbərliyi ətrafında daha sıx şəkildə gedəcəyindən daha da möhkəmlənəcək.

Siyasi müşahidəçilərsə Abramyan-ın hakim partiyadan gedişini Sarkisian-a ciddi zərbə sayırlar.

Bu arada Sarkisan-ın aprel döyüşlərindən sonra hökumətdə yenilik etməsi nəticəsində işsiz qalan keçmiş müdafiə naziri Seyran Ohanyan da Sarkisyana qarşı müxalifətə keçib,

Şarmazanovprezident Sarkisianın Qaqik Tsarukyanın yenidən siyasətə dönməsi barədə dediklərinə də toxunub.

Serzh Sargsyan və Gagik Tsarukyan
Serzh Sargsyan və Gagik Tsarukyan

O deyib ki, prezidentin bəyantı göstərir ki, onlar Tsarukyanın siyasətə dönməsini alqışlamır və onu siyasi səhnədə görmürlər.

“Bu həm də Tsarukyanın prezidentvə hakim partiyanın planı ilə yenidən siyasətə dönməsi barədədeyilənlərin doğru olmadığını göstərir”, Şamrazyan vurğulayıb.

Qeyd edək ki, keçmiş baş nazir və hakim “Respublika partiyası”nın sədr müavini Ovik Abramyan yanvarın 24-də hakim partiyanın sədr müavinliyindən istefa verib.

Aprelin 2-də Ermənistanda növbəti parlament seçkisi keçiriləcək.

Seçki ərəfəsində ölkədə müxalifət partiyalarının fəallaşdığı müşahidə olunur.

Seyran Ohanyan və Vardan Oskanian
Seyran Ohanyan və Vardan Oskanian

Keçmiş müdafiə naziri Seyran Ohanyanla keçmiş xarici işlər naziri Vardan Oskanyan artıq seçkiyə bir neçə siyasi partiya ilə blok şəklində ketmək qərarına gəliblər.

Həmçinin digər müxalifət partiyaları seçkiyə ayrıca blok şəklində gedəcəklərini bəyan ediblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG