Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 19:29

Abramoviç Chelsea klubunu Putin üçün aldığı barədə iddianı rədd edir


Roman Abramoviç (solda) və Vladimir Putin (Arxiv fotosu)
Roman Abramoviç (solda) və Vladimir Putin (Arxiv fotosu)

Abramoviç onun 2003-cü ildə İngiltərənin Chelsea klubunu Putinin göstərişi ilə almasına dair kitabda verilmiş iddiaya qarşı çıxır

Keçmiş müxbir və onun Rusiya prezidenti Vladimir Putinin hakimiyyətə yüksəlişi haqqında kitabının naşiri London məhkəməsində keçirilən dinləmədə Rusiya oliqarxı Roman Abramoviçin ona böhtan atılmasına dair vəsatətindən müdafiə olunurlar.

Katerin Beltonun 2020-ci ildə çap edilmiş “Putinin adamları: DTK Rusiyanı necə geri aldı və onu Qərbə qarşı qoydu” adlı kitabında Putinin DTK-dan Kremlədək karyera yüksəlişindən və onun ətrafındakı keçmiş sovet elitasından bəhs edilir.

Rusiya-İsrail ikili vətəndaşlığı olan Abramoviç onun 2003-cü ildə İngiltərənin Chelsea klubunu Putinin göstərişi ilə almasına dair kitabda verilmiş iddiaya qarşı çıxır.

Britaniya Ali Məhkəməsində baxılan işdə Abramoviçin vəkili olan Hyu Tomlinson bildirib ki, sözü gedən kitab “kobud təhriflərlə” doludur.

Vəkilin sözlərinə görə, kitab belə bir təəssürat yaradır ki, guya Chelsea klubunun satın alınması Qərbə rüşvət vermək və Birləşmiş Krallıqda Rusiya təsiri üçün dayaq yaratmaq məqsədilə həyata keçirilən sxemin bir hissəsi olub.

“Kremlin kassaçısı” iddiası

Müəllifin və HarperCollins nəşriyyatının vəkili iyulun 28-də Tomlinsonun iddiasını rədd edib.

Onun sözlərinə görə, oxucu çətin ki, Abramoviçin klubu Putin üçün alması nəticəsinə gəlsin.

Vəkil Endryu Kaldekott bildirib ki, digər tərəfdən klubun satın alınmasında Kremlin nüfuzu məsələsinin olmasından şübhələnmək üçün əsaslar var:

"Kitabda deyilir ki, cənab Abramoviç öz sərvətindən Putin və onun dostlarının məxfi istifadəsi üçün imkan yaradır. Düşünən və adi bir oxucu belə bir nəticəyə gəlməlidir”.

Kaldekottun sözlərinə görə, kitabda belə bir əlaqəni güclü şəkildə inkar edən mənbənin sözləri də verilib.

Vəkil əlavə edib ki, Abramoviç Putin Kremlinin tələblərinə cavab verməsəydi “məhv olmaq” təhlükəsi ilə üzləşərdi.

Kitabda belə bir iddia da var ki, Abramoviç Kreml pullarının “kassiri və xərcləyəni” kimi fəaliyyət göstərir.

Başqa Rusiya oliqarxları

Financial Times qəzetinin keçmiş müxbiri xanım Beltonu Rusiyanın neft nəhəngi Rosneft də “böhtana” görə məhkəməyə verib.

Bəzi xəbərlərə görə HarperCollins nəşriyyatına qarşı Rusiyanın daha iki biznesmeni - Mixail FridmanPyotr Aven də məhkəmə işi açmağı planlaşdırırlar.

Lakin həmin işlər üzrə də vəkil olan Tomlinson deyib ki, sözü gedən məhkəmə iddiaları barədə cavabdehlə razılaşma əldə olunub.

O deyib ki, bu işlər arasında koordinasiya yoxdur.

Reuters agentliyinin yazdığına görə həmin işlər üzrə naşir təkzib verməyə və üzr istəməyə razılaşıb.

XS
SM
MD
LG