Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:25

ABŞ Abramovich-in 2 təyyarəsinin həbsinə order verdi


Rusiyalı milyarder Roman Abramovich
Rusiyalı milyarder Roman Abramovich

Reüters yazır ki, ABŞ istehsalı olan bu təyyarələr lisenziya olmadan bu ilin martında 3 dəfə Moskvaya uçublar.

ABŞ məhkəməsi rusiyalı milyarder və "Çelsi" futbol klubunun sahibi Roman Abramoviçə (Avramovich) məxsus iki təyyarənin həbsinə order verib.

Manhettenin federal hakimi iyunun 6-da Abramoviçi Rusiya işğalından sonra ABŞ-ın ixrac nəzarətini pozmaqda günahlandıraraq, bu təyyarələrin həbsinə order verib.

Reüters yazır ki, ABŞ istehsalı olan bu təyyarələr lisenziya olmadan bu ilin martında 3 dəfə Moskvaya uçublar.

Bu lisenziyanı ABŞ-ın ixrac məhdudiyyətləri tələb edir.

Amma mənbə yazır ki, ABŞ hökumətinin təxminən 400 milyon dollarlıq dəyəri olan bu təyyarələri müsadirə etmək ehtimalı hələ ki, qeyri-müəyyən olaraq qalır.

ABŞ Ədliyyə Departamentinin rəsmisi deyir ki, təyyarələr hələ ki, ABŞ-ın nəzarətində deyil, amma bu orderlər çox güman ki, şirkətləri onların hərəkətinə kömək etməkdən çəkindirəcək.

Reüters yazır ki, ABŞ Ticarət Departamenti bundan başqa Abramoviçi lisenziyasız uçuşlara görə təxminən 1 milyon dollar cərimələyə bilər.

Abramoviç və ya onun nümayəndəsi hələlik bu məsələyə münasibət bildirməyib.

Amma o, bir qayda olaraq Putinlə yaxın əlaqələri olması barədə deyilənləri təkzib edir.

Reüters yazır ki, Abramoviç Rusiyanın Ukraynaya təcavüzündən sonra-bu ilin martında “Çelsi” klubunu satışa çıxardıqdan sonra bu xəbər manşetlərə çıxdı və bu proses Böyük Britaniyanın ona qarşı sanksiyaları ilə çətinləşdi və yalnız ötən ay kerçəkləşə bildi.

Bundan başqa onun bir sıra dəbdəbəli gəmiləri ətrafında da qalmaqal yaranıb və milyarder hər vasitə ilə onları sanskiyalardan xilas etməyə çalışır.

Qeyd edək ki, Birləşmiş Ştatlarla Avropa Birliyi başda olmaqla bir sıra dünya ölkələri Rusiyanın Ukraynaya hücumundan sonra Rusiya prezidenti Vladimir Putin və onun yaxın ətrafı, hebelə digər rusiya rəsmiləri və şirkətlrinə qarşı sanksiyalar tətbiq edib.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və öz qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG