Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Abel Məhərrəmov rektor vəzifəsindən çıxarıldı


Arxiv foto
Arxiv foto

Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.

Bu gün, noyabrın 15-də Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Bu sərəncamdan öncə yerli mediada A.Məhərrəmov və onun Azərbaycanın İspaniyada səfir işləyən oğlu Anar Məhərrəmov haqqında bir sıra ittihamların yer aldığı materiallar dərc edilmişdi.

Xatırlatma

A.Məhərrəmov 1999-cu ildən Bakı Dövlət Universitetinin rektoru idi.

O, 1991-ci ildən Bakı Dövlət Universitetinin professoru, 1993–1999-cu illərdə Kimya fakültəsinin dekanı olub.

A.Məhərrəmov əvvəllər BDU-da baş elmi işçi, baş müəllim, dosent, tədris hissəsinin müdiri, dekan müavini vəzifələrində də çalışıb.

A.Məhərrəmov Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG