Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:19

Dağıstanda 'İnsan ləyaqəti indeksi' hazırlanacaq


Dağıstan. Ramazan Abdulatipov
Dağıstan. Ramazan Abdulatipov

Dağıstanda «İnsan ləyaqəti indeksi» hazırlanacaq. Respublikanın rəhbəri Ramazan Abdulatipov dövlət KİV-lərinin jurnalistləri ilə görüşündə belə deyib.

Ekspertlər məmurun bu tapşırığına tənqidi yanaşaraq, belə bir indeksin hazırlanmasına gərək olmadığını və onun bir anlam daşımayacağını söyləyiblər.

Ramazan Abdulatipov öz mətbuat xidmətinin rəhbəri Tamara Chinennaya-ya tapşırıb ki, «insan ləyaqəti indeksi»ni jurnalistlərlə birgə hazırlasın.

Buna da bax:​ Abdulatipov azərbaycanlılara Dağıstanda torpaq verməyə hazırdır

«Dağıstanlıdan ötrü başlıca meyar...»

«İnsanın ləyaqətini, nəslin ləyaqətini, kəndin, rayonun, respublikanın ləyaqətini oluşduran onlarla indikator var. Normal insan, özəlliklə dağıstanlıdan ötrü başlıca meyar - şəxsi ləyaqət hissidir», - Abdulatipov-un sözləridir.

Ancaq bu indeksin nəyin əsasında hazırlanacağı qaranlıq qalır. Sosioloq Zaid Abdulagatov-un fikrincə, «ləyaqət insanın öz müstəqilliyinə inamıdır. Bu isə müasir mədəniyyətdə... [insanı] başqasına yuxarıdan aşağı baxmağa sövq edir». Onun düşüncəsinə görə, belə bir insanı azacıq «yerindən tərpətsəniz», münaqişə törədə bilərsiniz: «Belə bir indeksi mənəviyyatın əsasında dəyərləndirsək, müxtəlif sosial qruplarda dəyərləndirmənin müxtəlif meyarları var».

Buna da bax:​ Dağıstanda iki cür qızqaçırma var...

«Kommunistə dəyər olan şey liberala zərərdir»

Sosioloq ümumbəşəri dəyərlərlə lokal xarakter daşıyan dini dəyərlərin bir-birindən seçildiyinə diqqət çəkir: «Ümumi meyarların bütün cəmiyyətə sırınması ölkəmizin plüralizmdən danışan Konstitusiyasına ziddir: Kommunist üçün dəyər olan şey liberal üçün zərərdir».

Yegor Gaydar adına İqtisadi Siyasət İnstitutunun siyasi iqtisad və regional inkişaf elmi istiqamətinin rəhbəri Irına Starodubrovskaya bu indeksin nəyi nəzərdə tutduğunu anlamır: «Nədir, nəsilləri və kəndləri ləyaqətlilərə və ləyaqətsizlərə bölmək istəyirlər?» - deyə o soruşur və fikrini tamamlayır: «Nədən söhbət getdiyini və bunun nəyə lazım olduğunu anlamıram. Ona görə də nəyisə dəyərləndirmək çox çətindir».

Buna da bax:​ Dağıstanda “qadın sünnəti” geniş yayılıb

«Fəlsəfə doktorundan bunu eşitmək qəribə gəlir»

Təhlilçi Eduard Urazayev-sə uğursuz məmur bəyanatından söhbət getdiyini istisna etmir və deyir ki, bunu «respublikanın başçısından, fəlsəfə elmləri doktorundan eşitmək adama qəribə gəlir... Mənəvi keyfiyyətləri, özünə dəyər verməni ölçüb-dəyərləndirmək üçün sosioloqların bu və ya digər alətləri var. Ancaq onlar nisbi xarakter daşıyır».

Dağıstan rəhbərinin yanvar ayında Milli Məclisə öz ənənəvi müraciətini səsləndirəcəyi gözlənilir.

Buna da bax:

Dağıstanda uşaqlar məktəbə necə gedir
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG