Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:43

ABŞ, BMT və Avropa İttifaqı Fələstin liderinin antiyəhudi çıxışını pisləyir


Fələstin prezidenti Mahmud Abbas
Fələstin prezidenti Mahmud Abbas

Birləşmiş Ştatlar, Birləşmiş Millətlər Təşkilatı və Avropa İttifaqı Fələstin prezidenti Mahmud Abbasın yəhudilər haqqında qeydlərini “qeyri-məqbul” və “təhqiramiz” adlandırıblar.

Mahmud Abbas öz çıxışında demişdi ki, yəhudilər Holokosta bankçılıq fəaliyyətlərinə görə məruz qalıblar.

Aprelin 30-da etdiyi çıxışda Abbas deyib ki, “yəhudilərə qarşı düşmənçilik onların dininə görə yox, sosial funksiyalarına görədir”.

O belə bir fikir söyləyib ki, yəhudilər İkinci Dünya Müharibəsi zamanı Avropada nasist Almaniyası tərəfindən “faizlər və bankla bağlı fəaliyyətlərinə” görə qətliam ediliblər.

BMT-nin Yaxın Şərq üzrə xüsusi əlaqələndiricisi Nikolay Mladenovun ofisi mayın 2-də belə bir bəyanat verib: “Bu cür bəyanatlar qeyri-məqbuldur, dərindən narahatedicidir, nə Fələstin xalqının maraqlarına, nə də Yaxın Şərqdə sülhə xidmət edir”.

Avropa İttifaqı Xarici Əlaqələr Xidməti bəyan edib ki, Abbasın çıxışında “Holokostun mənşəyi və İsrailin legitimliyi barədə qeyri-məqbul qeydlərə yol verilib”.

Bəyanatda bu da qeyd olunur ki, “belə ritorika problemə iki dövlət prinsipi ilə həll istəməyənlərin əlinə dəstəvüz verir”.

Avropa İttifaqı ofisinin bəyanatında daha sonra deyilir: “Antisemitizm təkcə yəhudilərə təhlükə təşkil etmir, həm də açıq və liberal cəmiyyətlər üçün bəladır. Avropa İttifaqı antisemitizmin hər hansı formalarına, habelə Holokostla razılaşmaq, onu əsaslandırmaq və bayağılaşdırmaq cəhdlərinə qarşı mübarizə əzminə sadiq qalır”.

ABŞ-ın İsraildəki səfiri David Friedman deyib ki, Abbas bu çıxışı ilə “özünü son dərəcə alçaldıb”.

ABŞ-ın Yaxın Şərq üzrə elçisi Jason Greenblatt isə deyib ki, “sülh bu cür təməllərin üzərində qurula bilməz”.

İsrailin baş naziri Benjamin Netanyahu Abbasın qeydlərini “nadanlığın və bədxahlığın zirvəsi” adlandırıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG