Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:15

ABŞ azərbaycanlıların 25, gürcülərin 64 faizinə viza verməyib


A USA Visa Label. Undated. Courtesy of usembassy.gov
A USA Visa Label. Undated. Courtesy of usembassy.gov

ABŞ-ın Dövlət Departamenti 2019-cu il üçün ölkələr üzrə qeyri-immiqrasiya vizalarının verilməsindən imtinanın statistikasını açıqlayıb.

Söhbət işləmək və yaşamaq hüququ verən vizalardan yox, turist və biznes vizalarından gedir.

Bu statistikada daha çox maqraq doğuran keçmiş SSRİ respublikalarıdır. Məlum olub ki, Birləşmiş Ştatlar ən çox Özbəkistan vətəndaşlarına viza verilməsindən imtina edir. Özbəkistan vətəndaşlarının 68 faizinin viza ricasına “yox” deyilir.

Bu da bəlli olur ki, Özbəkistan vətəndaşlarına viza imtinası halları 2018-ci ildən bəri 6 faiz artıb.

Bu mənada Özbəkistanın göstəriciləri Əfqanıstana uyğun gəlir..

İmtinaların sayına görə ikinci yeri Qırğızıstan tutur. Bu ölkənin vətəndaşlarından gələn ricaların 67, 75 faizi rədd edilir. Bu rəqəm 2018-ci ildə 58, 9 faiz idi.

ABŞ vizasının verilməsində Cənubi Qafqazda ən çox mənfi cavab alan Gürcüstan vətəndaşlarıdır.

2019-cu ildə gürcüstanlıların viza ricasının 63, 85 faizinə mənfi cavab verilib.

ABŞ Ermənistan vətəndaşlarının viza ricasının təxminən yarısına (51, 7 faiz) “yox” deyir.

2019-cu ildə Tacikistan vətəndaşlarının 60, 97, Moldova vətəndaşlarının isə 58, 03 faizinə ABŞ vizası verilməyib

Türkmənistan üçün bu rəqəm 56,26, Qazaxıstan üçün 42,58 faizdir. Qazaxıstan vətəndaşlarına verilən rədd cavabının faizi də azacıq yüksəlib.

ABŞ Ukrayna vətəndaşlarına da viza verilməsindən çox imtina edir. 2019-cu ildə onların 45 faizinə rədd cavabı verilib.

2019-cu il üçün statistika
2019-cu il üçün statistika

Belarus (22 faiz), Estoniya (25 faiz), Latviya (20 faiz) Litva (20 faiz) vətəndaşlarına daha çox iltifat göstərilib.

Amma ABŞ-dan viza verilməsi üçün ən az rədd avabı alan, bütün sanksiyalara baxmayaraq, Rusiya vətəndaşlarıdır.

2019-cu ildə onların cəmi 15 faizinə rədd cavabı verilib.

Mövcud siyasətə görə ABŞ hakimiyyət orqanları niyə viza verilmədiyini izah etmirlər.

Amma müəyyən əlamətlər göstərir ki, bu, ölkəyə qanunsuz gələn və ya burada qanunsuz qalan insanların sayı ilə bağlıdır.

Digər səbəb sənədlərin və anketlərin düzgün hazırlanmaması ola bilər.

Ən mühüm səbəblərdən biri radikal İslam ola bilər. Məsələn İslam Dövləti ekstremist təşkilatının sıralarında çox sayda Özbəkistan və Qırğızıstan vətəndaşları olub.

Bunu ümumi statistika da göstərir. ABŞ Yəmən vətəndaşlarının 78, Somali vətəndaşlarının 81, İran vətəndaşlarının 87, Liviya vətəndaşlarının 89 faizinə ABŞ vizasının verilməsindən imtina edilib.

Mikroneziya və Palau vətəndaşlarına isə ümumiyyətlə ABŞ vizası verilməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG