Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:11

ABŞ və Türkiyə Suriyada atəşkəsə razılaşıblar - Yenilənir


Türkiyə prezidenti Recep Tayyip Erdoğan (solda), ABŞ vise-prezidenti Mike Pence (ortada) və ABŞ dövlət katibi Mike Pompeo Ankarada görüşüblər
Türkiyə prezidenti Recep Tayyip Erdoğan (solda), ABŞ vise-prezidenti Mike Pence (ortada) və ABŞ dövlət katibi Mike Pompeo Ankarada görüşüblər

ABŞ vise-prezidenti Mike Pence oktyabrın 17-də deyib ki, Birləşmiş Ştatlar və Türkiyə Suriyada atəşkəs barədə razılığa gəliblər.

Bundan əvvəl prezident Trump və Avropa liderləri Türkiyə prezidenti Recep Tayyip Erdoğanı Suriyanın şimalında hücum əməliyyatını dayandırmağa çağırmışdılar.

CNBC-nin xəbərinə görə Pence deyib ki, razılaşmaya habelə Kobani əhalisinə qarşı hərbi hərəkətlərin dayandırılması daxildir.

O habelə bildirib ki, ABŞ və Türkiyə münaqişənin sülh yolu ilə həllinə və Suriyanın şimalında təhlükəsiz zonanın yaradılmasına razılaşıblar.

Mike Pence əlavə edib ki, bu regionda sülh və təhlükəsizlik beynəlxalq normalara əsaslanmalıdır.

Bundan əvvəl vise-prezident Pence və ABŞ dövlət katibi Mike Pompeo Türkiyə prezidenti Recep Tayyip Erdoğanla görüşmək üçün Ankaraya gəlmişdilər.

Pence və Pompeonun birgə mətbuat konfransından əvvəl Donald Trump “bu yaxşı xəbəri” Twitter-də paylaşıb və bildirib ki, “milyonlarla insanın həyatı xilas edilib”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG