Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:22

ABŞ və Rusiya vətəndaşları Şengen zonasına buraxılmaya bilər


Avropa İttifaqı karantinin ardınca xarici sərhədlərini açmağa hazırlaşsa da, ABŞ, Braziliya və Rusiya vətəndaşları qitənin ərazisinə buraxılmaya bilər.

Bu barədə Reuters agentliyi Avropa Komissiyasının xüsusi qərarının qaralama variantına əsasən yazır.

Sənəddə deyilir ki, Avropa İttifaqı ərazisinə giriş, yalnız qonağın gəldiyi ölkədə əhalinin hər 100 min nəfərinə düşən koronavirus yoluxmalarının faizinə görə veriləcək.

Xəbər verilir ki, bu prinsiplə vətəndaşlarının Avropaya gəlişi qadağan olunacaq ölkələrin təxmini siyahısı tərtib edilib.

Kriteriya

Avropa İttifaqında hər 100 min nəfərə hazırda 16 yoluxma düşür. Tövsiyələrə görə Avropa İttifaqına son 14 gün ərzində 100 min adama 16-20 yoluxması olan ölkələrin vətəndaşları buraxılacaq.

Hazırda bu rəqəm Braziliyada 190, ABŞ-da 107, Rusiyada isə 80 nəfərdir.

Reuters agentliyinin Avropanın diplomatik dairələrinə istinadən verdiyi xəbərdə deyilir ki, hansı ölkələrin vətəndaşlarına giriş məhdudiyyətlərinin tətbiq olunacağına dair yekun qərar hələki yoxdur.

Bəlli olan budur ki, bu və ya digər ölkənin vətəndaşları barədə qərar qəbul edilərkən həmin ölkədəki koronavirus statistikasının mötəbərliyi də nəzərə alınacaq. Bu, ilk növbədə həmin ölkədə aparılmış koronavirus testlərinin sayı ilə müəyyən ediləcək.

Azərbaycan üçün şengen vizası sadələşə bilər
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

Hələki ABŞ da Avropa üçün açıq deyil

Sözü gedən sənədə əsasən Avropa Komissiyası iyulun 1-dən ittifaq ərazisinə müəyyən kateqoriya əcnəbilərin buraxılmasına icazə verəcək.

Söhbət ilk növbədə tələbələrdən, yüksək ixtisaslı mütəxəssislərdən gedir. Turistlərin qəbulu barədə qərar daha sonrakı mərhələdə veriləcək.

Avropa İttifaqının sərhədləri iyulun 1-dən habelə ittifaq üzvü olmayan bəzi Balkan ölkələrinin vətəndaşları üçün də açıq olacaq.

Digər bir şərt isə sözü gedən ölkələrin sərhədlərinin də Avropa İttifaqı vətəndaşları üçün açıq olmasıdır.

Bu xəbərlərlə bağlı hələlik Ağ Evdən və ya Kremldən heç bir şərh verilməyib.

ABŞ prezidenti Donald Trump hələ martın 11-də öz ölkəsinə Şengen zonasından olan bütün şəxslərin girişini qadağan edib.

Bu da xəbər verilir ki, hər il 10 milyondan çox avropalı ABŞ-a səfər edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG