Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:29

ABŞ və Rusiyanın hərbi gəmiləri ‘az qala’ toqquşacaqdı


ABŞ-ın raket kreyseri ilə Rusiyanın minadaşıyan gəmisi Filippin yaxınlığında bir-birinin bir neçə metrliyindən keçib.

ABŞ rəsmiləri bu insidentə görə Rusiya gəmisini “təhlükəli və qeyri-peşəkar” davranışda ittiham ediblər.

Rusiyanın Sakit Okean Donanması iyunun 7-də Amerikanın Chancellorsville gəmisi ilə toqquşma təhlükəsinə görə ABŞ donanmasını günahlandırıb.

Rusiya və ABŞ-ın hərbi təyyarələrui iki ölkənin hava sərhədləri yaxınlığında dəfələrlə təhlükəli şəkildə yaxınlaşıblar.

Belə insidentlərdən sonra tərəflər bir qayda olaraq qarşılıqlı ittihamla çıxış edirlər.

Bununla belə iki hərbi gəminin təhlükəli məsafədə yaxınlaşması nadir hadisədir.

ABŞ-ın Sakit okeandakı 7-ci Donanmasının sözçüsü kapitan Clayton Doss deyib ki, Rusiyanın Admiral Vinagradov gəmisi ABŞ kreyserinin yaxınlığında “təhlkükəli manevr” edib və gəmi heyətinin həyatını risk qarşısında qoyub.

Doss bildirib ki, gəmilər arasında məsafə cəmi 30 metr olub:

"Bu təhlükəli hərəkət Chancellorsville gəmisini tam sürətlə geriyə çəkilməyə məcbur edib ki, toqquşma baş verməsin”.

Rusiya donanması isə iddia edir ki, ABŞ gəmisi qəfildən kursunu dəyişib və 50 metrlik məsafədə Rusiya gəmisinin “yolundan keçib”.

Kapitan Doss Rusiya tərəfinin bəyanatını “təbliğat” adlandırıb.

ABŞ dənizçilərinin çəkdiyi bir neçə videoda iki gəminin çox yaxın məsafədə hərəkət etdiyi görünür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG