Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Yanvar, bazar, Bakı vaxtı 00:51

ABŞ təyyarə qəzası ilə bağlı Ukraynaya ‘mühüm məlumat’ verdiyini bildirib (VIDEO)


ABŞ dövlət katibi Mike Pompeo yanvarın 10-da deyib ki, Ukrayna prezidenti Volodymyr Zelenskiy ilə telefon söhbətində Vaşinqtonun İranda qəzaya uğramış Ukrayna təyyarəsi ilə bağlı təhqiqatda Kiyevə köməklik göstərməyə hazır olduğunu bildirib.

Ukrayna aviasiya şirkətinin Boeing 737 təyyarəsi yanvarın 8-də Tehran yaxınlığında qəzaya uğrayıb.

Pompeo bu barədə Twitter-də yazıb:

Zelenskiy isə yazıb ki, Ukrayna ABŞ-dan bu qəza barədə “mühüm məlumatları” artıq alıb:

Hələ Zelenskiy-nin Pompeo ilə telefon söhbətindən əvvəl bu barədə Ukraynanın daxili işlər naziri Vadim Pristayko yazmışdı.

O bildirirdi ki, Zelenskiy ilə birlikdə ABŞ-ın Ukraynadakı diplomatik missiyasının başçısı Christine Queen-lə görüşüb:

Söhbətin hansı “mühüm məlumatlardan” getməsi bəlli deyil. Bundan əvvəl Ukrayna prezidenti bildirmişdi ki, təyyarənin İran raketi ilə vurulması versiyası istisna edilmir, amma bu iddia hələlik təsdiq olunmayıb.

O ABŞ, Kanada və Britaniyanı bu təyyarə qəzası barədə onlarda olan kəşfiyyat məlumatlarını bölüşməyə çağırmışdı.

Zelenskiy deyib ki, bu təhqiqatın nəticəsi “mübahəsiz həqiqətin” açıqlanması olmalıdır.

Bundan əvvəl Bellingcat təhqiqat qrupu bildirmişdi ki, qəza anının videogörüntüsündə hadisənin məkanını müəyyənləşdirə bilib və bu, Tehran vilayətindəki Pərənd şəhəridir.

Başqa bir təhqiqat qrupu olan Conflict Intelligence də qəza yerini eyni şəkildə müəyyənləşdirdiyini bildirib.

The New York Times qəzetinin jurnalistləri də eyni yeri aşkarlayıblar.

Amerika mediası Pentaqona, ABŞ və İraq kəşfiyyatının yüksək vəzifəli rəsmilərinə istinadən bildirir ki, Ukrayna təyyarəsi Rusiya istehsallı Tor M-1 zenit raket sistemi ilə vurulub.

CNN bildirir ki, təyyarəyə iki raket atəşi açılıb.

ABŞ və Kanada təyyarənin vurulduğunu ehtimal edir, İransa bunu rədd edir
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

İran raket versiyasını “böyük yalan” adlandırır

İran Ukrayna təyyarəsinin vurulması iddiasını qətiyyətlə rədd edir.

Rəsmi Tehran bildirir ki, təyyarənin raketlə vurulmasına dair iddia “psixoloji müharibədə yaxşı düşünülmüş addımdır”.

İran hakimiyyət orqanları bildiriblər ki, təyyarə qəzasının təhqiqatına Boeing şirkəti, habelə Kanada da daxil araşdırmada maraqlı olan ölkələr dəvət olunub.

Tehran bu təhqiqata hətta ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik Agentliyinin də dəvət olunğunu deyir.

Xəbər verilir ki, ABŞ bu dəvəti qəbul edib.

Ukrayna təhqiqatçıları artıq İrandadırlar. Bununla belə İran təyyarənin qara qutularını müstəqil olaraq araşdıracağını bildirib.

Ukrayna Beynəlxalq Hava Yollarının müntəzəm PS 52 Tehran-Kiyev reysi ilə uçan təyyarəsi yanvarın 8-də Tehran hava limanından qalxdıqdan az sonra qəzaya uğrayıb. Təyyarədəki 176 nəfərin hamısı həlak olub.

Həlak olanların əksəriyyəti İran və Kanada vətəndaşlarıdır. Ölənlərin arasında Ukrayna, İsveç, Britaniya, Almaniya və Əfqanıstan vətənsdaşları da var.

Ukrayna aviaşirkəti bildirir ki, təyyarə 2016-cı ildə istismara verilmişdi və texniki baxımdan saz idi.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG