Keçid linkləri

2025, 14 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 21:49

Trump deyir ki, ABŞ Əfqanıstandan tam çıxmayacaq


ABŞ prezidenti Donald Trump deyib ki, Birləşmiş Ştatlar hətta Talibanla razılaşma əldə edildikdən sonra da Əfqanıstandakı hərbi mövcudiyyətini saxlayacaq.

Avqustun 29-da Fox News radiosuna müsahibəsində Trump bildirib ki, Əfqanıstandakı qoşunların sayı 8600 əsgərə endiriləcək və ABŞ bundan sonra nə edəcəyi barədə qərara gələcək:

"Biz orada hərbu mövcudiyyətimizi saxlayacağıq. Biz bu mövcudiyyəti əhəmiyyətli şəkildə azaldırıq, amma orada mövcudiyyətimiz həmişə olacaq”.

Trump-ın bu bəyanatı ilə eyni vaxtda Qətər paytaxtı Dohada danışıqlar aparan ABŞ və Taliban nümayəndələri razılaşmaya çox yaxın olduqlarını bildiriblər.

Birləşmiş Ştatlar Əfqanıstandakı hərbi döyüş əməliyyatlarını 2014-cü ildə dayandırıb, amma 14 minədək ABŞ hərbçisi hələ də Əfqanıstanddadır.

Əfqanıstandakı ABŞ hərbçilərinin bir hissəsi antiterror əməliyyatlarında iştirak edir.

Trump xəbərdarlıq ki, Birləşmiş Ştatlara Əfqanıstandan qaynaqlanan hücum olarsa, ABŞ misli görünməmiş qüvvə ilə hücuma keçəcək.

Avqustun 28-də Talibanın Pakistandakı komandanı AFP agentliyinə deyib ki, Taliban ona təklif olunmuş sülh sazişini Əfqanıstan-Pakistan sərhədinin adı açıqlanmayan sektorunda nəzərdən keçirir.

Bu da xəbər verilir ki, Taliban rəhbərliyi ABŞ-ın sülh planı barədə konsensus əsasında razılığa gəlməlidir.

Kabuldakı rəsmilərdən biri deyib ki, Taliban və ABŞ arasında əldə olunmuş razılığa görə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması 14-24 ay ərzində həyata keçirilə bilər.

Taliban ABŞ tərəfindən dəstəklənən Kabul hökuməti ilə birbaşa danışıqlardan imtina edir.

XS
SM
MD
LG