Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 19:07

ABŞ Türkiyəni bir daha Rusiya silahından imtina etməyə çağırır


S-400 raket sistemini daşıyan hərbi maşın
S-400 raket sistemini daşıyan hərbi maşın

Birləşmiş Ştatlar Ankaranın bu məsələni müzakirə etmək təklifini rədd edərək Türkiyəni Rusiyanın S-400 hava hücumundan müdafiə raket sistemindən imtina etməyə çağırıb.

Türkiyənin müdafiə naziri Hulusi Akar bu həftə verdiyi müsahibədə Vaşinqton və Ankara arasında mümkün kompromisdən bəhs etmişdi.

O demişdi ki, Türkiyə Rusiyanın S-400 raketlərini tamamilə yerləşdirməyə də bilər.

Rusiyanın sözü gedən raket sistemi Qərbin hərbi təyyarələrini vurmaq üçün hazırlanıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays fevralın 10-da Türkiyənin kompromis təklifi barədə suala cavab verərkən Vaşinqtonun bu məsələdəki mövqeyinin dəyişmədiyini bildirib:

"Rusiyanın S-400 sistemi NATO avadanlığına uyğun deyil, NATO texnologiyasının təhlükəsizliyinə hədə yaradır və Türkiyənin NATO qarşısında müttəfiq kimi götürdüyü öhdəliklərə ziddir. Biz Türkiyəni bu sistemi saxlamamağa çağırmışıq və çağırmaqda davam edirik”.

S-300 başqa, S-400 başqa

Akar sözü gedən müsahibəsində NATO üzvü olan Yunanıstanın da Rusiyanın S-300 sistemini almasına diqqət çəkmişdi.

Yunanıstan bu raketləri Türkiyə Kiprə hücum edəcəyi ilə hədələdikdən sonra almışdı.

Lakin ABŞ rəsmiləri S-400 sisteminin daha təkmil olduğunu bildirirək belə bir müqayisəni rədd ediblər.

Türkiyə S-400 raketlərini Vaşinqtonun dəfələrlə etdiyi xəbərdarlığa baxmayaraq almışdı.

Bundan sonra keçmiş prezident Donald Trampın administrasiyası Türkiyəni F-35 təkmil qırıcı təyyarə proqramından xaric etməyə məcbur olmuşdu.

Bundan başqa Türkiyəyə hərbi yardım proqramına sanksiyalar qoyulmuşdu.

Prays bunu da deyib ki, ABŞ dövlət katibi Entoni Blinken bu məsələ barəsində türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə danışmağı planlaşdırır:

"Mən gözləyirəm ki, dövlət katibi özünün türkiyəli həmkarı ilə qarşıdan gələn günlərdə söhbət edəcək”.

Prezident Co Bayden özünün seçki kampaniyası zamanı ABŞ-ın Türkiyəyə münasibətdə sərt mövqe tutacağını demiş, prezident Recep Tayyip Erdoğanı “avtokrat” adlandırmışdı.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG