ABŞ xəbərdarlıq edib ki, Türkiyə ərazisində əcnəbilərə qarşı girovgötürmə və terror aktları törədilə bilər.
The Mirror qəzeti yazır ki, Vaşinqton Türkiyədəki amerikalıları böyük ofis binalarına və ticarət mərkəzlərinə getməkdən çəkinməyə çağırıb.
Bu da xəbər verilir ki, Türkiyə boyunca ABŞ konsulluqları bağlanıb və viza xidməti müvəqqəti dayandırılıb.
ABŞ-ın verdiyi təhlükəsizlik xəbərdarlığında deyilir:
"Türkiyədəki ABŞ missiyasına İstanbuldakı baş konsulluq da daxil, Amerika vətəndaşlarına və başqa əcnəbilərə qarşı potensial terror və girovgötürmə aktları barədə etibarlı məlumatlat daxil olub”.
Suriyadakı vəziyətlə bağlıdır
Vaşinqton Türkiyədəki ABŞ vətəndaşlarına xüsusilə də əcnəbilərin toplaşdığı ərazilərə getməkdən çəkinməyi tövsiyə edir.
The Mirror yazır ki, bu xəbərdarlıqdan əvvəl ABŞ hərbi-hava qüvvələri Suriyanın İdlib qəzasında əl-Qaeda komandirlərinin yığıncağına zərbə endirib və bu zərbə nəticəsində çox sayda cihadçı həlak olub.
Bu arada əksəriyyətini kürdlər təşkil edən Suriya Demokratik Qüvvələri (SDQ) oktyabrın 23-də bildirib ki, Türkiyə ordusu və ona bağlı qruplaşmalar son günlərdə şimali Suriya ərazisində hücumlarını intensivləşdiriblər:
“M4 beynəlxalq şose yolunun yaxınlığındakı bir çox kəndlər muzdlular tərəfindən bombardmana məruz qalıb”.