Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:38

ABŞ Suriyadakı kürd qüvvələri Türkiyədən qoruyacağını deyir


ABŞ-ın müdafiə naziri Mark Esper

ABŞ müdafiə naziri Mark Esper avqustun 6-da deyib ki, Birləşmiş Ştatlar Türkiyənin Suriyanın şimalına birtərəfli müdaxiləsinin qarşısını almaq niyyətindədir.

ABC News şəbəkəsinin məlumatına görə nazir deyib ki, Ankara tərəfindən belə bir addım Vaşinqton üçün tamamilə qeyri-məqbuldur.

Bundan əvvəl Türkiyə prezidenti Recep Tayyip Erdoğan Ankaranın ABŞ-a müttəfiq kürd qüvvələrinin bu ərazidən çıxarılması məqsədilə Suriyanın şimalına müdaxilə edəcəyi ilə hədələmişdi.

ABC Xəbər verir ki, Amerika və Türkiyə hərbçiləri sözü gedən müdaxilənin önlənməsi məqsədilə danışıqlarda idilər.

Esper avqustun 6-sda deyib ki, onun fikrincə tərəflər bu danışıqlar zamanı bir sıra əsas məsələlər barədə razılığa gəliblər.

ABŞ rəsmiləri aydın şəkildə bildiriblər ki, Türkiyənin bu bölgəyə müdaxiləsi oradakı Suriya Demokratik Qüvvələri (SDQ) ilə işləyən ABŞ heyətinin həyatı üçün təhlükə yarada bilər.

Vaşinqton bildirib ki, belə bir müdaxilə İslam Dövləti ekstremist təşkilatına qarşı əməliyyatlara da əngəl törədə bilər.

Esper bildirib ki, Vaşinqton Birləşmiş Ştatların, Türkiyə və SDQ-nin şimali Suriyadakı ortaq maraqlarını riskə atan hər hansı birtərəfli müdaxilələrin qarşısını alacaq.

Təhlilçilər deyirlər ki, bu sonuncu mübahisə ABŞ-ın onun NATO müttəfiqi Türkiyə ilə onsuz da gərgin olan münasibətlərini daha da pisləşdirə bilər.

Bundan əvvəl Trump administrasiyası Rusiyadan müdafiə raketləri sistemi aldığına görə Ankaranı F-35 qırıcı layihəsindən xaric edib.

ABŞ hökuməti narahatdır ki, Rusiyanın S-400 havadan müdafiə sistemi F-35 supermüasir qırıcı təyyarəsinə dair məlumat toplaya bilər.

Esper deyib ki, ABŞ SDQ müttəfiqlərini tək qoymayacaq.

Şimali Suriyada, Fərat çayının şərqində yerləşdirilmiş yüzlərlə ABŞ əsgəri əsasən kürdlərdən ibarət olaan SDQ qüvvələrinə dəstək verir.

ABŞ bildirir ki, Türkiyə və SDQ qüvvələri arasında hər hansı toqquşma ABŞ qüvvələrini təhlükəyə ata bilər.

Suriya kürdlərinin Xalq Müdafiə Birlikləri və ya qısaca adı YPG olan qüvvələr SDQ-nin sütununu təşkil edir.

Türkiyə isə israr edir ki, YPG onun terrorçu hesab etdiyi separatçı PKK təşkilatının bir qoludur.

Türkiyə və ABŞ Suriyanın şimalında sərhəd boyunca təhlükəsizlik zonasının yaradılmasına dair aylarla danışıq aparıblar.

Türkiyə Suriya ilə sərhəddə 40 kilometrlik buffer zolağının yaradılmasına çalışır.

ABŞ və Türkiyə hələlik bu barədə razılığa gələ bilməyiblər.

Esper bunu da bildirib ki, kürdlərin SDQ qüvvələri iki ölkə arasında çoxdan davam edən fikir ixtilafıdır və Türkiyənin Rusiayadan S-400 raketləri alması ilə bağlı deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG