Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

ABŞ senatorları hökuməti Rusiya ilə müqavilələrə dair kəskin sorğu-sual ediblər


ABŞ dövlət katibinin silahlara nəzarət üzrə müavini Andrea Thompson
ABŞ dövlət katibinin silahlara nəzarət üzrə müavini Andrea Thompson

ABŞ senatorları ilə silahlara nəzarət üzrə iki yüksək vəzifəli rəsmi arasında Rusiya ilə bağlanmış bir neçə böyük müqavilənin gələcəyinə dair kəskin mübahisə olub.

Bu müqavilələrdən biri Donald Trump-ın administrasiyası tərəfindən ləğv edilib, daha bir müqavilənin isə sonrakı taleyi naməlum qalır.

Mayın 15-də Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmə, dövlət katibi Mike Pompeonun Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergei Lavrovla danışıqlarından bir gün sonraya təsadüf edirdi.

Pompeonun danışıqları zamanı Moskva ilə Vaşinqton arasında ixtilaf yaradan başqa məsələlərlə yanaşı silahlara nəzarət də müzakirə olunmuşdu.

Senatorlar dinləmə zamanı dövlət katibinin silahlara nəzarət üzrə müavini Andrea Thompson-u çətin suallara tutmuşdular. O ilk növbədə Trump administrasiyasının ABŞ və Rusiya arasında etibarlıq müddəti 2021-ci ildə başa çatan Yeni START müqaviləsinin vaxtını uzadıb-uzatmayacağı barədə suala cavab verməliydi.

Thompson-la yanaşı bu dinləmədə Müdafiə Nazirliyinin silahlara nəzarət üzrə əsas rəsmilərindən David Trachtenberg də suallara cavab verirdi.

Əgər qarşılıqlı razılaşma əldə olunarsa, ballistik raketlərin, nüvə başlıqlarının və raket atışı qurğularının sayına limit qoyan bu müqavilənin vaxtı daha 5 il müddətinə uzadıla bilər.

Andrea Thompson administrasiyasnın Yeni START müqaviləsinin vaxtının uzadılması barədə hələlik qərar qəbul etmədiyini deyib.

Senatın vəzifəli demokratlarından Robert Menendez deyib ki, o müqavilənin uzadılmasını dəstəkləyir. Lakin bunun Amerikanın marağında olub-olmadığı barədə suala Thompson-un həvəssiz cavab verməsinin senatoru hirsləndirdiyi açıq hiss olunurdu:

"Mən milli müdafiəmiz barədə sualı Rusiyadan yox, sizdən soruşmalıyam” – deyib senator.

Thompson bunu da deyib ki, ABŞ administrasiyası Ortamənzilli Rakertlərə dair Müqavilədən (INF) çıxıb-çıxmamaq qərarını da hələlik qəbul etməyib.

Fevral ayında Trump administrasiyası 1987-ci ildə imzalanmış INF müqaviləsi üzrə öhdəliklərini dayandırdığını və müqavilənin şərtlərini pozacaq yeni raketlərin yaradılması perspektivinə baxdığını elan etmişdi.

Thompson deyib ki, əgər Rusiya bu müqavilənin şərtlərinin pozulmasını dayandırsa, onda müqavilə qalacaq. Moskva INF müqaviləsinin şərtlərini pozduğuna dair iddiaları rədd edir.

Thompson əmin edib ki, əgər Rusiya müqavilənin şərtlərinə əməl etməyə qayıtsa, onda Amerika tərəfi də yeni raketlərə dair tədqiqat və hazırlıq işlərini dayandıra bilər.

Rəsmi bildirib ki, bunu etmək üçün Rusiyanın avqustun 2-dək vaxtı var.

Bu arada Soçi şəhərində Pompeo ilə görüşən Vladimir Putin demişdi ki, Moskva Yeni START müqaviləsinin vaxtının uzadılmasına dair danışıqlar üçün açıqdır:

"Bizim təməl Yeni START müqaviləmizin vaxtı 2021-ci ildə bitir və biz onun müddətinin uzadılıb-uzadılmayacağı barədə qərara gəlməliyik. Əgər biz müqaviləni uzatmaq istəyiriksə, onda genişmiqyaslı danışıqlara indidən başlamalıyıq”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG