Keçid linkləri

Təcili xəbərlər
2019, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:17

ABŞ səfirliyi: ‘Biz hökuməti polis zorakılığına dair yayılan məlumatları araşdırmağa çağırırıq’


Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi Milli Şuranın oktyabrın 19-da keçirilən aksiyasına dair bəyanat yayıb.

Bəynatda qeyd edilir ki, ABŞ-ın Azərbaycandakı səfirliyi Avropa İttifaqının bəyanatına dəstək verərək oktyabrın 19-da keçirilən dinc etiraz aksiyasının dağıdılması, həmçinin aksiya iştirakçılarının və müşahidə edən insanların həbs edilməsi üçün polisin göstərdiyi zorakılığı qəti şəkildə pisləyir:

“Biz hökuməti polis zorakılığına dair yayılan məlumatları araşdırmağa, aidiyyəti olan şəxsləri məsuliyyətə cəlb etməyə və həbsdə olan şəxlərin tezliklə azadlığa buraxılmasını təmin etməyə çağırırıq”.

Səfirlik hesab edir ki, insanların azad şəkildə toplaşaraq fikirlərini bildirmək hüququnun təminatı güclü cəmiyyətin zəminini təşkil edir:

“Hökumətin səhər mərkəzinə yaxın olan ərazilərdə dinc nümayişlərin keçirilməsinə ardıcıl olaraq qadağa qoyması və ya fikirlərini bildirmək isləyən vətəndaşlara qarşı zorakılıq tətbiq etməsi kimi atdığı addımlar insanların sözü gedən hüquqdan yararlanmasına maneə törədir, Azərbaycanı zəiflədir”.

Milli Şura icazəsiz aksiyaya cəhd etdi, Əli Kərimli və digərləri saxlanıb
Gözlə

No media source currently available

0:00 0:05:45 0:00

Bəyanatda vurğulanıb ki, etiraz aksiyaları zamanı internetdən istifadə imkanlarını məhdudlaşdırmaq Azərbaycanın maraqlarını qorumur, əksinə imkanlarını məhdudlaşdırır:

“Toplaşmaq və söz azadlıqları Azərbaycanın konstitusiyası tərəfindən təmin olunan fundamental azadlıqlardır. Biz hökuməti sözü gedən azadlıqları təmin etməyə və qorumağa çağırırıq. Birləşmiş Ştatlar Azərbaycan hökuməti və xalqı ilə apardığı tərəfdaşlığı yüksək qiymətləndirir və xalqlarımızın bəhrələnməsinə qulluq edən məsələlərə dair dialoqun dərinləşməsinə ümid edir”.

Xatırlatma

Milli Şura oktyabrın 19-da Bakıda etiraz aksiyası keçirməyə cəhdlər göstərib. Həmin aksiya Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmayıb.

Polis aksiyanın qarşısını alıb, onlarla şəxs saxlanıb. Aksiya öncəsi Bakı metrosunun 3 stansiyasına giriş qapadılıb, şəhərin mərkəzində internetdə kəsintilər yaranıb.

DİN aksiya zamanı 60 nəfərin saxlandığını açıqlayıb. Amma aksiya iştirakçılarının sözlərinə görə, saxlananlar 100-dən çox olub. Bir çoxları haqqında inzibati həbs qərarlarının verildiyi qeyd olunur.

Saxlananlardan biri də Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli olub. O sərbəst buraxıldıqdan sonra polisdə ağır işgəncə ilə üzləşdiyini, başına 6 tikiş qoyulduğunu açıqlayıb.

Amma Baş Prokurorluq oktyabrın 21-də yaydığı açıqlamada işgəncə ilə bağlı partiya sədrinin açıqlamasını təkzib edib, “onun özünün başını vurduğunu” iddia edib.

Milli Şura bu aksiyanın keçirilməsindən ötrü BŞİH-ə şəhərin mərkəzinə yaxın 3 yer təklif etmişdi. Amma BŞİH bu yerlərin heç birini münasib saymayaraq, Milli Şuraya Bakının mərkəzindən kənar Lökbatan qəsəbəsini təklif etmişdi.

Bundan sonra Milli Şura rəhbərliyi bu cavabla Konstitusiya ilə onlara verilən sərbəst toplaşmaq azadlığının pozulduğunu bildirərək razılaşdırılmamış aksiyaya qərar vermişdi.

Bakı Şəhər Baş Polis İdarəsi də bəyan etmişdi ki, razılşdırılmamış aksiyanın qarşısı alınacaq.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG