Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:15

ABŞ Səfirliyi sərhəddəki gərginliyə münasibət bildirib


ABŞ-ın Azərbaycandakı səfirliyi son zamanlar Ermənistan-Azərbaycan münasibətlərində baş verənlərlə bağlı sorğuya cavab verib.

“ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri olaraq tərəflərə Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həllində kömək etmək üçün qətiyyətli olaraq qalır. Minsk Qrupunun həmsədrləri tərəfləri dəfələrlə gərginliyi azaltmaq üçün tədbirlər görməyə və konstruktiv danışıqlara şərait yaradan mühiti dəstəkləməyə çağırıb. Sizi Minsk Qrupunun həmsədrlərinin bu məsələyə aid açıqlamalarına, xüsusən də 9 mart 2019-cu il mətbuata olan açıqlamasına yönəldirik,” ABŞ Səfirliyinin Amerikanın Səsinin sorğusuna cavabında vurğulanır.

Ermənistanın baş naziri Nikol Pashinian-ın bu il avqustun 5-də Dağlıq Qarabağa gedərək ”Qarabağ Ermənistandır” deməsi rəsmi Bakıda kəskin reaksiya doğurub.

Rəsmi Bakı Ermənistan baş nazirinin bu bəyanatını ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar prosesini və Azərbaycanla kompromisin mümkünlüyünü şübhə altına aldığını bildirib.

Ümumilikdə son aylarda cəbhə xəttində gərginliyin artması, - qarşılıqlı ittihamlar, hərbi təlimlərin sayının artması və atəşkəsin pozulması nəticəsində bir neçə hərbçinin həlak olması ilə müşahidə edilir.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Ermənistan və Azərbaycan silahlı qüvvələri üz-üzə dayanıb. Bu münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu il martın 9-da yaydığı bəyanatda qeyd edilirdi ki, münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri üzərində qurulmalıdır.

Orada söhbət güclə təhdid etməmək, ərazi bütövlüyü, bərabərhüquqluluq və xalqların öz müqəddəratını təyin etməsindən gedir.

XS
SM
MD
LG