Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

William Gill gözlənilən Vaşinqton görüşündən danışıb


ABŞ səfirinin müavini William Gill
ABŞ səfirinin müavini William Gill

Amerika Birlәşmiş Ştatların (ABŞ) Azәrbaycandakı sәfirinin müavini William Gill ölkəsinin Minsk qrupunun hәmsәdrlәrindәn biri kimi Qarabağ münaqişәsinin sülh yolu ilә hәll olunması istiqamәtindә öz öhdәliyini nümayiş etdirdiyini bildirib.

O, bu sözlәri mayın 1-də beş günlük “Amerika Film Günlәri” festivalının açılışında jurnalistlәrin suallarını cavablandırarkən deyib.

William Gill Azәrbaycan vә Ermәnistan xarici işlәr nazirlәrinin Vaşinqtonda gözlənilən görüşü ilә bağlı suala cavab verәrkən bildirib ki, ABŞ hәmsәdr olaraq, ümumiyyәtlә iki tәrәf arasında tәması alqışlayır:

“Biz öz әrazimizdә ev sahibi kimi sözü gedәn görüşün tәşkilində iştirak edә bilәrik. Hal-hazırda bu istiqamәtdә danışıqlar gedir ”.

Son günlər mətbuatda ABŞ-ın paytaxtı Vaşinqtonda Azәrbaycan və Ermənistan xarici işlәr nazirlərinin görüşünün planlaşdırıldığına dair məlumatlar yer alıb.

Bundan əvvəl, aprelin 15-də Moskva şəhərində Rusiya tərəfinin təşəbbüsünə əsasən, bu ölkənin xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və onun ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında görüş keçirilib.

Görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. Münaqişə zonasında gərginliyin azaldılmasına dair tədbirlər, habelə humanitar sahədə mümkün birgə fəaliyyət üzrə fikir mübadiləsi aparılıb.

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb.

1994-cü ildə tərəflər arasında imzalanan atəşkəs müqaviləsinə kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupu vasitəsilə tənzimlənir. ABŞ, Rusiya və Fransa qrupun həmsədrləridir.

Xatırlatma

ABŞ-ın Azərbaycandakı Səfirliyi "Park Cinema" ilə əməkdaşlıq edərək, Bakıda ilk "Amerika Film Festivalı"na sponsorluq edir.

Bütün filmlər 2019-cu il mayın 1-dən 6-na qədər "Park Cinema Fleym Touers"- də göstəriləcək.

XS
SM
MD
LG