Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:15

ABŞ səfirinin müavini: ‘İttihamlar yalan və absurddur’


Michael Dickerson
Michael Dickerson

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Bakıdakı səfirliyinin Müvəqqəti İşlər vəkili Michael Dickerson son zamanlar Azərbaycanda bəzi media orqanlarında gedən fikirlərlə bağlı açıqlama yayıb.

O qeyd edib ki, son zamanlar mətbuatda ABŞ-ın Azərbaycanda sabitliyi pozmaqda maraqli oldugu barədə yayilan ittihamlar yalan və absurddur.

Cənab Dickerson deyib ki, bununla bağlı məqalələrin, verilişlərin geri çəkilməsini və qaldirilmasını təqdir edirik:

“Azərbaycan mustəqillik qazandiqdan sonra ABŞ müstəqil, sabit, firavan və demokratik bir Azərbaycanı dəstəkləyib. Son 26 ildə biz 1.5 milyard dollardan çox yardım göstərmişik ki, bu çoxsayli azərbaycanlilarin həyatinda müsbət dəyişiklik yaradıb. Buraya təhlukəsizlik, səhiyyə, kənd təsərrüfati, vətəndaş cəmiyyəti, iqtisadi inkişaf, qadin sahibkarlığı, turizm və təhsilin yaxşilaşdirilmasina kömək daxildir. 25 il əvvəl əsrin müqaviləsinin imzalanmasından başlamiş və Cənub Qaz Dəhlizinin inşası zamani daxil olmaqla, ABŞ həmişə Azərbaycanın enerji ehtiyatlarını onun öz şərtləri ilə emal və ixrac etmək uçün müstəqil, suveren hüququnu dəstəkləyib. ATƏT-in Mİnsk qrupunun həmsədri kimi ABS Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində tərəflərlə işləmək əzmindədir. 1993-cü ildən bəri münaqişə nəticəsində öz torpaqlarından didərgin düşmüş azərbaycanlılara 125 milyon dollardan çox yardim göstərmişik. Biz Azərbaycan höküməti və xalqı ilə tərəfdaşlığımızı, dostluğumuzu yüksək qiymətləndiririk. Sonrakı illərdə də hər iki xalqın qarşılıqlı mənfəəti naminə əməkdaşlığımızı dərinləşdirməyə davam edəcəyimizə ümüd edirəm”.

Xatırlatma

Son günlər Azərbaycandakı bəzi media orqanlarında ABŞ əleyhinə bir sıra veriliş və yazılar yayılıb.

Hətta belə verlişlərdən birində ABŞ səfirliyinin əməkdaşına aid olduğu iddia edilən telefon danışığı da yayılıb.

Sonradan bu veriliş və məqalələr həmin media orqanlarından yığışdırılıb.

XS
SM
MD
LG