Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:12

ABŞ Lavrova sərt xəbərdarlıq edib


Sergei Lavrov (solda) və Mike Pompeo
Sergei Lavrov (solda) və Mike Pompeo

ABŞ prezidenti Donald Trump Rusiyanın xarici işlər naziri Sergei Lavrova ABŞ seçkilərinə müdaxilə cəhdləri ilə bağlı xəbərdarlıq edib və Rusiyanı Ukraynanın şərqindəki münaqişənin çözümünə çağırıb.

Dekabrın 10-da Ağ Evdə keçirilən bu görüşdə Trump habelə Çinin də daxil olacağı “silahlara qlobal nəzarət” tərəfdarı olduğunu deyib.

Trump bu görüş zamanı Rusiyanı İranın nüvə silahı əldə etməsinə mane olmağa və Şimali Koreyanın nüvəsizləşdirilməsinə kömək etməyə çağırıb.

Lavrovun Vaşinqtona bu səfərindən bir gün əvvəl Parisdə Rusiya, Fransa, Almaniya və Ukrayna liderlərinin sammiti keçirilib.

Dekabrın 10-da ABŞ-ın dövlət katibi Mike Pompeo da Sergei Lavrovla görüşüb.

İki nazir beynəlxalq və ikitərəfli münasibətlərlə bağlı geniş müzakirə aparıblar.

ABŞ kəşfiyyatı Rusiyanı 2016-ci ilin ABŞ prezident seçkisinə müdaxilədə ittiham edib.

Bu görüş zamanı Lavrov deyib ki, onun ölkəsi ABŞ seçkisinə müdaxilə etməyib və Moskva Vaşinqtonla 2016-cı ilin oktyabrından 2017-ci ilin noyabrınadək olan müddətdə “məxfi kanalın” məlumatlarını dərc etməyə hazırdır.

Pompeo Lavrovun təklifini rədd edib və deyib ki, Rusiyanın ABŞ seçkisinə müdaxiləsini sübut edən kifayət qədər dəlillər var.

Bununla yanaşı Pompeo ümid etdiyini deyib ki, iki ölkə arasında münasibətlər yaxşılaşa bilər.

Pompeo Rusiyanı Venesuela lideri Nicolas Maduronun dəstəklənməsindən çəkinməyə çağırıb.

Pompeo bunu da bildirib ki, Vaşinqton Ukraynanın ərazi bütövlüyünü tanıyır və Krımı Ukrayna ərazisi hesab edir.

Lavrov bu görüş zamanı iki ölkə arasındakı hazırkı vəziyyəti ötən əsrin 50-ci illəri ilə müqayisə edibş.

O deyib ki, Makkartizm adlanan həmin dövrdə Amerikada kommunizmə qarşı qaraqışqırıq vardı.

Lavrov bildirib ki, belə bir ab-havada münasibətlərin normallaşdırılması çətindir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG