Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:40

ABŞ Rusiyaya ‘ona bağlı qüvvələrin’ Ukraynadan çıxarılması şərtini qoyur


Kiyevdəki ABŞ səfirliyi
Kiyevdəki ABŞ səfirliyi

ABŞ-ın Kiyevdəki səfirliyi oktyabrın 3-də şərqi Ukraynada “sülhə doğru irəliləyişi” alqışladığını bildirib.

Bundan iki gün əvvəl Kiyev, Moskva və ATƏT Donbasda davamlı sülh üçün danışıqların başlanmasına razılaşıblar.

Həm də Steinmeier formulu kimi tanınan bu razılaşma sənədi Ukraynanın ölkənin şərqində separatçıların nəzarətində olan ərazilərə xüsusi status verməsini və burada yerli seçkilərin keçirilməsini nəzərdə tutur.

Oktyabrın 3-də ABŞ səfirliyi özünün Twitter hesabından “Ukraynanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri üzərində Kiyevin nəzarətinin bərpa olunmasına” çağırırb.

Bəyanatda deyilir ki, şərqi Ukraynadakı Luhansk və Donetsk regionlarında “azad və ədalətli” seçkilərin keçirilməsi üçün “Rusiyanın başçılıq etdiyi qüvvələr və bütün qanunsuz hərbi birləşmələr Ukrayna ərazisindən çıxarılmalıdır”.

Səfirlik bildirib ki, Rusiya bu məsələdə “siyasi iradə nümayiş etdirməlidir”.

Rusiya, Ukrayna, Fransa və Almaniyanın iştirakı ilə danışıqların yaxın gələcəkdə bərpa olunacağı gözlənilir.

Normand dördlüyü çərçivəsində aparılan bu danışıqlar üç il əvvəl dalana dirənmişdi.

Ukrayna prezidenti Volodymyr Zelenskiy oktyabrın 1-də bəyan etmişdi ki, separatçı bölgələrdə beynəlxalq standartlara uyğun və nəticəsi ATƏT tərəfindən tanınan yerli seçkilər keçirildikdən sonra Donbasa “xüsusi” özünüidarə statusu veriləcək.

O əlavə etmişdi ki, bunun baş verməsi üçün bütün hərbi birləşmələr ərazini tərk etməli və Ukrayna öz sərhədləri üzərində nəzarətə sahiblənməlidir.

Zelenskiy oktyabrın 3-də televiziya ilə çıxışında bildirib ki, Donbasda keçirilməli olan seçkilərdə Ukraynanın siyasi qüvvələrinin də iştirakına imkan verilməlidir.

O demişdi ki, evlərindən didərgin düşmüş bütün müvəqqəti köçkünlər seçkidə iştirak üçün doğma yurdlarına qayıtmalıdırlar.

Oktyabrın 1-də Minsk şəhərində əldə edilmiş razılaşma sənədindən Ukraynanın şərqindəki yerli seçkilərin hansı mərhələlərlə keçiriləcəyi və Donbasın iki regionuna veriləcək muxtariyyət statusunun dərəcəsi məlum olmur.

Rusiya prezidenti Vladimir Putin oktyabrın 3-də deyib ki, Zelenskiy sülh prosesini başa çatdıra bilsə, güclü siyasətçi olduğunu da isbat edəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG