Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:33

ABŞ Rusiyanın taktiki nüvə silahlarını sınaqdan keçirdiyinə inanır


Müdafiə Nazirliyinin Müdafiə Kəşfiyyatlı Agentliyinin direktoru general-leytenant Robert Ashley
Müdafiə Nazirliyinin Müdafiə Kəşfiyyatlı Agentliyinin direktoru general-leytenant Robert Ashley

ABŞ-ın yüksək vəzifəli rəsmisinin dediyinə görə, bu ölkənin kəşfiyyat orqanları Rusiyanın böyük bir ehtimalla taktiki nüvə silahlarını sınaqdan keçirdiyinə inanır.

Beynəlxalq müqavilə məhdud dağıdıcı qüvvəyə malik bu silahların istehsalı, sınağı və yerləşdirilməsini qadağan edir.

ABŞ general-leytenantı Robert Ashley mayın 29-da deyib ki, problem Rusiyanın Nüvə Sınaqlarının Hərtərəfli Qadağanına dair 1996-cı il müqaviləsinə əməl etdiyini təsdiqləməməsidir.

Müdafiə Nazirliyinin Müdafiə Kəşfiyyatlı Agentliyinin direktoru Ashley deyib ki, ABŞ Rusiyanın bu müqavilənin “sıfır parçalanma” şərtini pozduğuna inanır.

Sıfır parçalanma sınağı zamanı atom bombasının partlayışında olduğu kimi zəncirvari parçalanma reaksiyası baş vermir.

Nüvə Sınaqlarının Hərtərəfli Qadağanına dair müqavilə istər hərbi, istərsə də mülki təyinatlı bütün növ nüvə partlayışlarını qadağan erdir.

Bu müqavilə Rusiya tərəfindən həm imzalanıb, həm də ratifikasiya edilib, amma ABŞ müqaviləni imzalasa da, onu ratifikasiya etməyib.

Amerika generalının bu bəyanatına hələlik Kreml və Rusiyanın Müdafiə Nazirlyindən reaksiya olmayıb.

Amma Dövlət Duması müdafiə komitəsinin sədri Vladimir Shamanov general-leytenant Asley-nin bəyanatını “məsuliyyətsiz” adlandırıb:

"Bu cür bəyanatlar Amerika hərbiyyəsində peşəkarlıq səviyyəsinin düşdüyünü göstərir. ABŞ kəşfiyyatı başçısının belə sözləri işlətməsi onun bu peşədə təsadüfi adam olmasını və öz yerində olmamasını nümayiş etdirir”.

Hazırda Moskva ilə Vaşinqton arasında davam edən gərgin münasibətlərə görə bir sıra mühüm beynəlxalq silahlara nəzarət sənədlərinin taleyi sual altındadır.

Bu ilin əvvəllərində Trump administrasiyası ABŞ-ın 1987-ci il Ortamənzilli Raketlərə dair Müqavilədən çıxdığını bəyan edib.

Silahlara nəzarət üzrə başqa bir mühüm razılaşma – Yeni START müqaviləsinin müddəti 2021-ci ildə bitir.

Vaşinqtonda mənzillənmiş Silahlara Nəzarət Assosiasiyası kampaniya qrupu ABŞ administrasiyasını səslənən ehtimalın təsdiqi üçün daha çox dəlillər təqdim etməyə və ABŞ Senatının Nüvə Sınaqlarının Hərtərəfli Qadağanına dair müqaviləni ratifikasiya etməsinə çağırıb.

Assosiasiya bildirir ki, əgər ABŞ-ın Rusiyanın Nüvə Sınaqlarının Hərtərəfli Qadağanına dair müqaviləni pozması barədə tutarlı sübutları varsa, onda Moskva və Vaşinqton arasında qarşılıqlı şəkildə sınaq məntəqələrinə baxış keçirilməsinin təşkilinə ehtiyac var.

XS
SM
MD
LG