Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 03:04

ABŞ Rusiyanın irqçi hərəkatını ‘terrorçu siyahısına’ daxil edir


İmperiya Legionuna komandirlik edən Denis Gariyev
İmperiya Legionuna komandirlik edən Denis Gariyev

Birləşmiş Ştatlar ultramillətçi Rusiya İmperiya Hərəkatını (RİH) və təşkilatın 3 liderini terrorçu siyahısına daxil edib.

ABŞ Dövlət Departamentinin antiterror koordinatoru Nathan Sales aprelin 6-da Vaşinqtonun bu hərəkətini “misilsiz” adlandırıb və deyib ki, bu təşkilatın “əllərində günahsız insanların qanı” var:

"RİH neonasistlərə və ağdərili irqçilərə hərbisayağı təlimlər verən terrorçu qruplaşmadır və əqidəcə özünə bənzəyən avropalıları və amerikalıları təsəvvür edilən düşmənin üzərinə hücum üçünvahid cəbhəyə gətirmək cəhdlərində böyük rol oynayır”.

Ukraynlar və belaruslar rusların bir hissəsi kimi

Hərəkat özünü “rus pravoslav milli-vətənpərvər və monarxist təşkilat” kimi təqdim edir.

Qrup bildirir ki, məqsədi Rusiyada mütləqiyyətin bərpa edilməsidir. RİH-in məramnaməsində deyilir ki, onun əsas hədəfi Rusiyada monoetnik dövlətin yaradılmasıdır.

Bu zaman hərəkat rus xalqının üç qoldan – ruslardan, ukraynlardan və belaruslardan ibarət olduğunu bəyan edir.

Hərəkatın qərargahı Sankt Peterburqdadır, onun Moskva və Nijni Novqorod şəhərlərində ofisləri var.

Təşkilatın hərbiləşdirilmiş qolu olan İmperiya Legionu əlbəyaxa və təkbətək döyüş növlərinin təlimi ilə məşğuldur.

Rusiya millətçilərinin toplanışlarından birində
Rusiya millətçilərinin toplanışlarından birində

İsveçdə terror aktı

Cənab Sales bildirib ki, RİH 2016-2017-ci illərdə İsveçdə qaçqınların üzərinə bir neçə bomba hücumu ilə bağlı olub.

The New York Timesqəzetinin yazdığına görə, bu işi araşdıran müstəntiqlər deyiblər ki, hücumları təşkil edən üç nəfərin hərbi təlim almaq üçün Sankt Peterburqa səfər etdikləri düşünülür.

Sales bildirib ki, işi təhqiq edən əsas prokurorun sözlərinə görə RİH sözü gedən şəxslərin radikallaşmasında əsas rol oynayıb.

Diplomat əlavə edib ki, “ağdərili iqrçilərin terroruna” qarşı mübarizə davam etdiriləcək və prezident Donald Trump-ın administrasiyası bu mübarizədə “antiterrorun bütün mümkün vasitələrindən” yararlanacaq.

Kremlə birbaşa bağlı olmasa da

ABŞ ilk dəfədir ki, xaricdəki ağdərili irqçi qruplaşmanı terrorçu kateqoriyasına daxilı edir.

Prezident Trump-ın 2019-cu ildə imzaladığı fərmanda qeyd olunurdu ki, sanksiyalar terrorçulara və terror qruplaşmalarına təlim verən təşkilatlara da şamil ediləcək.

Sözü gedən hərəkat Kreml tərəfindən birbaşa dəstəklənmədə də, Ukraynanın şərqindəki separatçılara kömək üçün səfərbərlərin toplanmasına kömək edir.

Təşkilatın özündən başqa onun liderliyinə daxil üç nəfər də fərdi qaydada qara siyahıya salınıb.

Bunlar - üçü də Sankt Peterburqa sakin 59 yaşlı lider Stanislav Vorobyev, qrupun 40 yaşlı koordinatoru Nikolai Trushchalov və İmperiya Legionuna komandirlik edən 42 yaşlı Denis Gariyevdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG