Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:22

ABŞ Rusiyanı Liviya ərazisini minalamaqda ittiham edir


İllüstrativ foto
İllüstrativ foto

ABŞ-n Afrikadakı hərbi komandanlığı (AFRICOM) Rusiyanın Kremlə bağlı Vagner özəl hərbi şirkətini Liviya paytaxtı Tripoli və onun ətraflarına mina və əldəqayırma partlayıcılar düzməklə və günahsız liviyalıların həyatını təhlükə qarşısında qoymaqlaBMT-nin silah embarqosunu pozmaqda ittiham edib.

AFRICOM-un iyulun 15-də verdiyi bəyanatda deyilir ki, foto dəlillər Tripoli və onun 450 kilometrliyindəki liman şəhəri Sirtenin ətraflarında gizlədilmiş mina sahələrinin və bomba tələlərininolduğunu göstərir.

ABŞ AFRICOM dəniz piyadaları korpusunun general-mayoru Bradford Gering deyib ki, Rusiya dövlətinin maliyyələşdirdiyi Vagner qrupu “liviyalıların salamatlıq və təhlükəsizliyinə tam bir hörmətsizlik” nümayiş etdirir:

“The Vagner qrupunun məsuliyyətsiz taktikası münaqişəni uzadır və bu qrup günahsız mülkilərin lüzumsuz iztirab və ölümlərinə görə cavabdehlik daşıyır”.

Ziyanlı müdaxilə

ABŞ bundan əvvəl də Rusiyanı Liviyaya qarşı BMT silah embarqosunu pozmaqda ittiham edib.

Ötən ay Pentaqon bildirmişdi ki, Rusiya bu münaqişəyə MiG-29 qırıcı təyyarələrini daxil edib.

Rusiya, əsasən özünün Vagner qrupu ilə, habelə Misir və Birləşmiş Ərəb Əmirlikləri Liviyanın Türkiyə və BMT tərəfindən dəstəklənən qanuni hökümətinə qarşı döyüşən qiyamçı general Khalifa Haftara köməklik göstərirlər.

Bəzi məlumatlara görə hazırda Liviyada 2000 rusiyalı muzdlu döyüşçü var.

AFRICOM kəşfiyyatının direktoru, kontr-admiral Heidi Berg deyib:

“Bizim kəşfiyyat materiallarımız Rusiyanın və Vagnerin bu münaqişəyə ziyanlı müdaxiləsinin davam ediyini göstərir. Vagner qrupunun minalardan və bomba tələlərindən istifadə etməsi günahsız liviyalıların həyatına təhlükə təşkil edir”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG