Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:56

ABŞ Rusiya ilə danışıqlara Çinin də dəvət olunduğunu deyir


Xüsusi səfir Marshall Billingslea
Xüsusi səfir Marshall Billingslea

Prezident Donald Trump-ın silahlara nəzarət üzrə danışıqçısı bildirib ki, Birləşmiş Ştatlar və Rusiya bu ay keçiriləcək nüvə danışıqlarının vaxtı və yeri barədə razılığa gəliblər və bu müzakirələrə Çin də dəvət edilib.

ABŞ-ın silahlara nəzarət üzrə xüsusi səfiri Marshall Billingslea iyunun 8-də Twitter-də yazıb:

"Biz bugün Rusiya xarici işlər nazirinin müavini Ryabkovla iyun ayında keçiriləcək danışıqların vaxtını və yerini razılaşdırdıq. Çin də dəvət olunub. Görəsən gəlib danışıq aparacaqmı?”

Bu barədə Rusiya rəsmiləri hələki şərh verməyiblər.

Bundan əvvəl Bloomberg ABŞ Dövlət Departamentinin adı çəkilməyən rəsmisinə istinadən yazmışdı ki, Ryabkov və Billingslea iyunun 22-də Vyanada görüşəcəklər.

Sözü gedən rəsmi Birləşmiş Ştatların Yenu START nüvə müqaviləsinin vaxtını uzatmağa razı olacağını istisna etməyib, amma bunun baş verməsi üçün “Rusiya Çinin də daxil olduğu üçtərəfli silahlara nəzarətə razılaşmalı və üstəlik Çinin danışıqlar masasına gətirilməsinə kömək etməlidir”.

Qüvvədə olan son müqavilə

Birləşmiş Ştatlar və Rusiya arasında hələlik qüvvədə olan son silahlara nəzarət müqaviləsi - Yeni START sazişinin vaxtı 2021-ci ilin fevralında bitir.

Bu müqavilə iki ölkənin nüvə başlıqlarına və onları hədəfə çatdırma sistemlərinə limit qoyur.

Moskva bu müqavilənin vaxtının 5 illiyinə uzadılmasını istəsə də, Vaşinqton müqavilə tərəflərinin Çinin dəvət edilməsi ilə genişləndirilməsində israr edir.

Nüvə silahları Moskva və Vaşinqtonun cəbbəxanasından qat-qat az olan Çin belə danışıqlarda iştirak etməkdə maraqlı olmadığını bildirib.

Trump administrasiyasının ABŞ-ı bütün beynəlxalq müqavilələrdən çıxarması silahlanma yarışı və təsadüfi hərbi qarşıdurma risklərini artırıb.

Ötən ay Vaşinqton ABŞ-ın 35 ölkənin üzv olduğu “Açıq səmalar” müqaviləsindən çıxacağını bəyan edib.

Bu müqavilə üzv ölkələrə bir-birlərinin ərazisi üzərindən yoxlama uçuşları keçirmək hüququ verir.

ABŞ Rusiyanı bu müqaviləni pozmaqda ittiham etmişdi. Trump administrasiyası Rusiyanı habelə Ortamənzilli Raketlərə Nəzarət razılaşmasının şərtlərini pozmaqda günahlandırırdı.

Moskva bu ittihamları rədd etmiş və bildirmişdi ki, Vaşinqtonun məqsədi beynəlxalq təhlükəsizliyi sarsıtmaqdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG