Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

ABŞ ‘Rusiya agentlərinə’ yeni sanksiyalar qoyur


Andriy Derkaç
Andriy Derkaç

Birləşmiş Ştatlar bildirib ki, Vaşinqton bir Ukrayna millət vəkili və “Rusiyaya bağlı” daha üç nəfər üzərinə ABŞ seçki prosesini təsirləndirmək məqsədilə müdaxiləyə görə sanksiyalar qoyub.

ABŞ Maliyyə Nazirliyi sentyabrın 10-da bəyan edib ki, Andiy Derkaç və Sankt Peterburqdakı İnternet Tədqiqatları Agentliyinin (İTA) əməkdaşları olduqları deyilən üç Rusiya vətəndaşının adları sanksiyalar siyahısna daxil edilib.

İTA ABŞ dairələrində Rusiyanın “troll fabriki” kimi tanınır.

ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, Moskva siyasi partiyalar arasına ixtilaf salmaq, fikir ayrılığından faydalanaraq seçiciləri təsirləndirmək, habelə demokratik ölkə və təsisatları sarsıtmaq üçün vasitəçilərdən istifadə edir.

Saxta məlumatlar

Bəyanatda qeyd olunur ki, Rusiya ABŞ-da seçki prosesini təsirləndirmək məqsədilə metodların və agentlərin geniş dairəsindən istifadə edir.

Bu məqsədlərdən biri də qarşıdan gələn ABŞ prezident seçkisində namizədlərin hədəflənməsidir.

Xəbərdə deyilir ki, Derkaç may və iyul aylarında ABŞ rəsmilərini gözdən salmaq məqsədilə “montaj olunmuş səs yazıları və başqa əsassız məlumatları” yayıb.

O habelə ABŞ və beynəlxalq siyasi fiqurlar barədə əsassız iddiaların yayılması ilə məşğul olub.

Rusiyanın fəal agenti

Bəyanatda qeyd olunur ki, Ukrayna millət vəkili son onillik ərzində Rusiyanın fəal agenti olub.

O bu müddətdə Rusiyanın xüsusi xidmətləri ilə daim əlaqə saxlayıb.

ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, “bu sanksiyalar Moskvaya belə fəaliyyətə dözülməyəcəyinin mesajını verməlidir”.

Sanksiya siyahısına salınmış üç Rusiya vətəndaşı İTA-nın işçiləri Artem Lifshits, Anton AndreyevDarya Aslanovadır.

Bu şəxslər İTA-nın kriptovalyuta hesablarına dəstək veriblər.

Bundan əvvəl ABŞ tərəfindən sanksiyalarla hədəflənmiş İTA kriptovalyutalardan dünya boyunca demokratiyalara qarşı ziyanlı fəaliyyətlərin maliyyələşirilməsi üçün istifadə edir.

ABŞ maliyyə naziri Steven T. Mnuchin deyib ki, Derkaç və digər Rusiya agentləri Birləşmiş Ştatlarda və dünyanın başqa yerlərində manipulyasiya yolu ilə seçkiləri təsirləndirməyə çalışırlar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG