Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:08

ABŞ Rusiyanın Rosneft Trading şirkətinə sanksiyalar elan edir


Rusiya prezidenti Vladimir Putin (solda) Rosneftin rəhbəri Igor Sechin-lə söhbət edərkən
Rusiya prezidenti Vladimir Putin (solda) Rosneftin rəhbəri Igor Sechin-lə söhbət edərkən

Birləşmiş Ştatlar Rusiyanın neft ticarəti ilə məşğul olan Rosneft Trading broker firmasının üzərinə onun ABŞ sanksiyalarına rəğmən Venesuelanın neft sektoru üçün iş gördüyünə görə maliyyə cərimələri qoyub.

Fevralın 18-də verdiyi bəyanatda ABŞ dövlət katibi Mike Pompeo deyib ki, şirkətin prezidenti Didier Casimiro-nun adı sanksiya siyahısına salınıb.

Pompeo bildirib ki, Rosneft Trading Venesuela neftinin nəql edilməsində və satışında iştirak etməklə Venesuelada Nicolas Maduro diktatorluğunun güclənməsinə və onun Venesuela xalqına qarşı repressiyalarının həyata keçirilməsinə xidmət göstərmiş olub:

"Maduro Venesuelanın təsisatlarını, iqtisadiyyat və infrastrukturunu dağıdıb və eyni zamanda dövlət hakimiyyətindən sui-istifadə etməklə, habelə Rusiya, Kuba, İran və Çinin dəstəyi ilə özünü və dost-aşnasını varlandırıb”.

Rosneft Trading Rusiyanın enerji nəhəngi Rosneftin İsveçrədə mənzillənmiş bölümlərindən biridir və 2011-ci ildən fəaliyyət göstərir.

Rosneft Venesuelanın enerji nəhəngi Petroleos de Venezuela şirkəti ilə işbirliyindədir.

Sözü gedən sanksiyalar şirkətin və onun prezidentinin qlobal maliyyə bazarlarındakı hərəkətini bloklayacaq.

Moskvanın reaksiyası

ABŞ-ın sanksiyalarına cavab olaraq Rosneft bildirib ki, o Venesuelada “beynəlxalq və milli qanunlara tam müvafiq şəkildə fəaliyyət göstərir və orada heç bir siyasi məqsədləri yoxdur”.

Rusiya XİN-in bəyanatında deyilir ki, bu sanksiyalar Rusiyanın “Venesuelanın qanuni hökuməti ilə təmaslarına mane ola bilməyəcək”.

Neftlə zəngin Venesuelada siyasi qarşıdurma aylardır ki, davam edir. Müxalifət 2019-cu ildə ikinci müddət prezidentliyə seçilmiş Maduronun hakimiyyətini seçki saxtakarlığına görə legitim hesab etmir.

Rusiya, Kuba, İran və Çin Maduro rejimininin əsas dəstəkçiləridir.

Müxalifət sosialist Maduronu ölkəni iqtisadi böhrana salmaqda günahlandırır. Maduro isə bu böhrana görə ABŞ-ı və başqa “xarici qüvvələri” ittiham edir.

Birləşmiş Ştatlar və daha 50 ölkə ötən il Venesuela parlamentinin müxalifətçi spikeri Juan Guiado-nu keçid dövrü üçün prezidnet kimi tanıyıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG