Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına başlanır


Hazırda Əfqanıstanda 13 min ABŞ hərbçisi var
Hazırda Əfqanıstanda 13 min ABŞ hərbçisi var

ABŞ rəsmilərindən birinin dediyinə görə, Birləşmiş Ştatlar Vaşinqtonla Taliban arasında imzalanmış razılaşmaya uyğun olaraq ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasının birinci fazasına başlayıb.

Adının çəkilməsini istəməyən rəsmi martın 9-da Associated Press agentliyinə bildirib ki, yüzlərla ABŞ hərbçisi Əfqanıstanı tərk etməkdədir.

O bildirib ki, əsgərlər fevralın 29-da Dohada imzalanmış razılaşmadan əvvəlki cədvələ görə Əfqanıstandan rotasiya əsasında çıxarılmalı idi.

Amma sülh sazişi imzalandıqdan sonra Əfqanıstandan çıxarılan əsgərlərin yerini başqa əsgərlər tutmayacaq.

Bu isə o deməkdir ki, Birləşmiş Ştatlar Əfqanıstandakı hərbi kontingentin sayının 13 min nəfərdən 8600 nəfərə endirilməsi prosesinə artıq başlayıb.

Uzunmüddətli perspektivdə bütün Amerika hərbçilərinin bu ölkədən çıxarılması planlaşdırılır.

Lakin bunun üçün 14 ay müddətində tələb edilən təhlükəsizlik vəziyyətinin saxlanması şərtdir.

Bununla belə Əfqanıstanda ötən sentyabrda keçirilmiş prezident seçkisinin nəticələri ilə bağlı yaranmış siyasi mübahisə Vaşinqtonun ABŞ-Taliban razılaşmasına əməl etməsini mürəkkəbləşdirə bilər.

Martın 9-da iki ayrı-ayı mərasimdə prezident Ashraf Ghani və Abdullah Abdullah dövlət başçısı elan ediliblər.

Ghani rəsmən sentyabr seçkisinin qalibi kimi elan edilib. Lakin seçki zamanı kütləvi pozuntuların baş verdiyini iddia edən Abdullah Ghani-nin qələbəsini tanımır.

Abdullah öz hökumətini yaradacağını bəyan edib.

Paralel olaraq iki Əfqanıstan hökumətinin yaradılması sülh razılaşmasının növbəti mərhələlərinin həyata keçirilməsini mümkünsüz edə və zorakılıqlarla nəticələnə bilər.

Vaşinqton qoşunların çıxarılmasını Əfqanıstanda stabilliklə və ya əfqanlararası sülh danışıqlarının nəticəsi ilə bağlamır.

Əksinə, Vaşinqtonun başlıca tələbi Talibanın Əfqanıstan torpağından hər hansı şəxsin və ya əl-Qaeda da daxil hər hansı qrupun ABŞ-a və onun müttəfiqlərinə təhlükə yaratmamasını təmin etməsidir.

ABŞ müdafiə naziri Mark Esper martın 2-də demişdi ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına artıq göstəriş verilib.

Esper deyib ki, ABŞ-ın Əfqanıstandakı qoşunlarının komandanı general Scott Miller oradakı qoşunların sayı 8600-ə endirildikdən sonra, prosesə fasilə verərək mövcud vəziyyəti qiymətləndirəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG