Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:56

ABŞ son 30 ildə ilk dəfə olaraq qitələrarası raket atıb


Avqustun 18-də keçirilmiş raket sınağı
Avqustun 18-də keçirilmiş raket sınağı

Birləşmiş Ştatlar bildirir ki, Vaşinqton bu ayın əvvəllərində Soyuq Müharibə illərində imzalanmış ikitərəfli INF müqaviləsindən çıxandan bəri və son otuz ildə ilk dəfə olaraq yerdən atılan qitələrarası raketi sınaqdan keçirib.

ABŞ Müdafiə Nazirliyi bildirib ki, avqustun 18-də Kaliforniyadakı San Nikolas adasından nüvəsiz qitələrarası raketin sınaq atışı keçirilib.

Pentaqon bildirir ki, “sınaq raketi yerüstü səyyar start qurğusundan atılıb və 500 kilometr uçduqdan sonra şərti hədəfi dəqiq vurub”.

Bəyanatda deyilir ki, bu sınaqdan alınmış məlumatlardan ortamənzilli raketlərin təkmilləşdirilməsi üçün istitifadə olunacaq.

Birləşmiş Ştatlar 1987-ci ildə SSRİ ilə ABŞ arasında bağlanmış Ortamənzilli Raketlərə dair Müqavilədən avqustun 2-də çıxıb.

ABŞ və onun müttəfiqləri Rusiyanı qısa adı INF olan bu müqavilənin şərtlərini pozmaqda ittiham edirlər. Onlar bildirirlər ki, Rusiyanın yerləşdirdiyi 9M729 raketi müqavilənin şərtlərini pozur.

Moskva bu ittihamları rədd edir və bildirir ki, sözü gedən müqaviləni ABŞ-ın Şərqi Avropada yerləşdirdiyi raketdən müdafiə sistemi pozur. Bu ittiham isə Vaşinqton tərəfindən rədd edilir.

Prezident Donald Trump fevralın 1-də ölkəsinin INF sazişindən çıxdığını bəyan etdikdən sonra Rusiya da bu razılaşmada iştirakını dayandırıb.

INF müqaviləsi ABŞ və SSRİ-nin 500 kilometrdən 5500 kilometrədək uçan və yerdən atılan raketləri istehsal etməsini və yerləşdirməsini qadağan edir.

Bu müqavilənin dayandırılması yeni silahlanma yarışı təhlükəsi yaradır.

Vaşinqtondakı Silahlara Nəzarət Assosiasiyası analitik mərkəzinin tərksilah üzrə direktoru Kingston Reif deyib ki, “ortamənzilli raketlərin inkişaf etdirilməi və yerləşdirilməsi hərbi baxımdan lüzumsuzdur”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG