Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 23:52

Bayden: 'Putin bilir ki...'– Qərb mediası


Vladimir Putin virtual qlobal iqlim sammitində Co Baydenə qulaq asır, 22 aprel, 2021-ci il
Vladimir Putin virtual qlobal iqlim sammitində Co Baydenə qulaq asır, 22 aprel, 2021-ci il

"Birləşmiş Ştatlar münaqişə istəmir. Rusiya ilə strateji sabitlik və silahlara nəzarət kimi məsələlərdə işləyə biləcəyimiz sabit və proqnozlaşdırılan münasibət istəyirik..."

ABŞ Prezidenti Co Bayden bu həftə Avropaya yollanır. Bu onun prezidentliyi dövründə xaricə ilk səfəridir və “The Washington Post” qəzetində bu səfərdən gözləntilərindən yazır.

“İstər hər yerdə Covid-19 pandemiyasına son qoyulması, iqlim böhranının artan tələblərinin həlli, yaxud Çin və Rusiya hökumətlərinin ziyanlı fəaliyyətinin önlənməsində Birləşmiş Ştatlar güc mövqeyindən çıxış edərək dünyanın önündə getməlidir. Amerikanı Xilas Planı və daxili vaksinasiya strategiyamız sayəsində iqtisadiyyatımız son 40 ildə istənilən dövrdən daha sürətlə artır. Administrasiyamızın ilk dörd ayı ərzində istənilən prezidentin dövründə olduğundan daha çox iş yeri yaratmışıq. Amerikalı işçilər üçün maaşlar artır”, – Bayden yazır.

Putinlə “aydın və birbaşa” telefon söhbətləri

O qeyd edir ki, Amerikanın iqtisadi dirçəlişi qlobal iqtisadiyyata da təkan verir və digər demokratiyalarla bir araya gələndə “daha güclü, daha bacarıqlı olacağıq”. Bayden bu məsələni səfəri çərçivəsində qaldıracağını deyib.

ABŞ prezidentinin fikrincə, yeni texnologiyalar dünyanı fundamental şəkildə yenidən formalaşdırır, pul qoparmaq məqsədilə haker hücumları kimi zəiflikləri üzə çıxarır. “Dünya demokratiyaları bu innovasiyalardan istifadə və onların inkişafının dəyərlərimiz tərəfindən idarə olunmasını təmin etməlidir, avtokratların maraqları tərəfindən deyil”, – Bayden yazır.

“Cenevrədə Vladimir Putinlə görüşüm dünyaya Birləşmiş Ştatların gözüylə baxan dostlar, tərəfdaşlar və müttəfiqlərlə yüksək səviyyəli müzakirələrdən sonra baş tutacaq. Rusiyanın Ukraynaya təcavüzü ilə Avropanın təhlükəsizliyinə yaratdığı problemlərə qarşı bir mövqedəyik. Birləşmiş Ştatların bizim demokratik dəyərləri müdafiə edəcəyinə şübhə qalmayacaq, bu dəyərləri maraqlarımızdan ayıra bilmərik”, – yazan Bayden Prezident Putinlə telefon söhbətlərində aydın və birbaşa danışdığını deyib.

“Tərəddüdsüz reaksiya verəcəyəm”

“Birləşmiş Ştatlar münaqişə istəmir. Rusiya ilə strateji sabitlik və silahlara nəzarət kimi məsələlərdə işləyə biləcəyimiz sabit və proqnozlaşdırılan münasibət istəyirik...

Prezident Putin bilir ki, gələcək ziyanlı fəaliyyətə tərəddüdsüz reaksiya verəcəyəm. Görüşəndə bir daha Birləşmiş Ştatların, Avropanın və oxşar demokratiyaların insan haqları və ləyaqətini müdafiə etmək öhdəliyini vurğulayacağam”, – məqalədə deyilir.

Ötən həftə bir qrup ABŞ senatoru prezidentə müraciət edib. Onların mövqeyincə, Bayden Putinə xəbərdarlıq etməlidir ki, Birləşmiş Ştatlara qarşı hərəkətlərinə görə məsuliyyət daşıyacaq.

“Vladimir Putin bilməlidir ki, o və Rusiya hərəkətlərinə görə məsuliyyət daşıyacaqlar. Putin Birləşmiş Ştatlara qarşı çox aqressiv olub, ABŞ-da seçkiyə müdaxilə etməyə çalışıb, kiberhücumları davam edir, Əfqanıstanda əsgərlərimizin öldürülməsinə görə mükafat təyin etməyə çalışıb”, – Senator Jan Şahin deyirdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG