Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 14:07

ABŞ naziri deyir ki, Türkiyənin S-400 almaması ‘hələ mümkündür’


Heather Wilson

ABŞ hərbi hava qüvvələrinin başçısı deyib ki, Türkiyənin Rusiyadan raketdən müdafiə sistemi almaqdan imtina etməsi hələ “mümkündür”.

Ankaranın Rusiyadan S-400 raketdən müdafiə sitemləri almaq qərarı ABŞ-ın və Türkiyənin NATO müttəfiqlərinin etirazlarına səbəb olub.

ABŞ Hərbi Hava Qüvvələri naziri Heather Wilson mayın 16-da “Ankara son ntəcədə S-400 sistemlərini almaq barədə fikrini dəyişə bilərmi” sualına cavab verərkən bunun hələ “mümkün” olduğunu deyib:

"Diplomatlar hələ də bu məsələnin üzərində işləyirlər”.

Birləşmiş Ştatlar bundan əvvəl dəfələrlə Türkiyə rəhbərliyini Rusiyadan raket sistemlərinin alınması planlarından geri çəkilməyə çağırıb, NATO müttəfiqləri isə S-400-lərin alyansın supermüasir F-35 qırıcılarına təhlükə olduğunu bildiriblər.

Mayın əvvəllərində ABŞ-ın müdafiə naziri əvəzi Türkiyəyə xəbərdarlıq edərək bildirmişdi ki, Ankara Rusiya raketlərini almaq fikrindən daşınmasa, alyansın F-35 qırıcı təyyarə layihəsindən çıxarıla bilər.

Türkiyə NATO üzvü kimi hazırda bu layihəyə daxildir və hətta F-35 qırıcılarından 100 ədəd almağı planlaşdırır.

Türkiyənin bir neçə müəssisəsi F-35 qırıcıları üçün ehtiyat və yığım hissələri istehsal edir.

Erdoğan bundan əvvəl Rusiyadan S-400 almaq planlarından heç vaxt geri çəkilməyəcəyini dəfələrlə bəyan edib.

O deyib ki, ümumi dəyəri 2. 5 milyard olan 4 dəst S-400 sisteminin alınması artıq həll olunmuş məsələdir.

XS
SM
MD
LG