Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:14

ABŞ prezidentinin müşaviri Amerika ermənilərinə nə deyib?


ABŞ Dağlıq Qarabağ münaqişəsi zonasında Skandinaviya ölkələrindən olan sülhməramlıların yerləşdirilməsini təklif edir.

AzadlıqRadiosu Erməni xidmətinin yazdığına görə, ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Robert O’Brien belə bir təklifi Amerikanın erməni icmasının nümayəndələri görüşündə irəli sürüb:

“Atəşkəsə dair üç razılaşmaya əməl olunmayıb. Təəssüf ki, bu münaqişəyə çoxmillətli sülhməramlı qüvvələri və ya müşahidəçiləri cəlb etmədən uzunmüddətli atəşkəs rejiminə nail olunacağını təsəvvür etmək çətindir. Əlbəttə, istənilən sülhməramlı missiyaya Minsk qrupu ölkələri, o cümlədən ABŞ da daxil bu qrupun həmsədri olan ölkələr, habelə qonşu ölkələr daxil edilməməlidir. Türkiyənin istənilən vasitəçilik və ya sülhməramlı rolu, istər ABŞ, istərsə də Ermənistan üçün məqbul deyil”.

Amerikanın erməni icması qarşısında çıxış edən müşavir fikrini belə izah edib:

“Biz hesab edirik ki, hər iki tərəf Skandinaviya sülhməramlıları ideyasını qəbul etməlidir. Biz regionda atəşkəs rejiminin saxlanması üçün sülhməramlı qüvvələrin təşkili məqsədilə Skandinaviya ölkələri ilə işləyirik...Çox mürəkkəb vəziyyətdir və tərəflərin müxtəlif müttəfiqləri var və buna görə də burada neytral müşahidəçilərin olması zəruridir. Məhz bu səbəbdən də biz hesab edirik kiI, Danimarka, İsveç, Finlandiya və Norveçdən olan sülhməramlılar hər iki tərəfin tələblərinə cavab verərdi. Bu ölkələrin çox hazırlıqlı əsgərləri var...”

Azərbaycan öz hücumunu dayandırmaq istəmir

Amma ABŞ prezidentinin müşaviri bunu da qeyd edib ki, “Azərbaycan qüvvələri bir neçə strateji yaşayış məntəqələrini tutub, şimal və cənub istiqamətlərində ərazi uğurları qazanıb”.

Robert O’Brien bunu da vurğulayıb ki, “Azərbaycanın öz hücumunu yaxın gələcəkdə dayandırmaq istədiyini göstərən “bircə dənə də” əlamət yoxdur:

“Azərbaycan neft hasilatından qazandığı pullarla müasir hərbi texnika alıb və eyni zamanda Türkiyə Azərbaycana texniki və məşvərətçi dəstək verir. Türkiyə tərəfinin danmasına baxmayaraq onun münaqişə bölgəsinə “Suriya Milli Ordusundan” döyüşçülər gətirməsinə dair etibarlı məlumatlar var”.

Bundan bir neçə gün əvvəl AzadlıqRadiosu ABŞ-da 3 noyabr seçkisi ərəfəsində Trump administrasiyasının Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində fəallıq göstərməyə çalışdığını bildirmişdi.

Bu da qeyd olunmalıdır ki, ABŞ dövlət katibi Mike Pompeo Türkiyənin Dağlıq Qarabağa Suriya yaraqlılarını gətirdiyinə dair iddialara inanmadığlını demişdi.

Azərbaycan prezidenti İlham Əliyev son bəyanatlarında bildirib ki, bu iddianı irəli sürən Rusiya və Fransadan sübutlar tələb edib.

Əliyev qeyd edib ki, nə Paris, nə də Moskva hər hansı sübut təqdim etməyiblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG