Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 10:52

ABŞ millət vəkilləri Rusiya təhqiqatına görə kəskin mübahisə edirlər


Nümayəndələr Palatasının demokrat spikeri Nancy Pelosi
Nümayəndələr Palatasının demokrat spikeri Nancy Pelosi

ABŞ Konqresinin liderləri Rusiyanın 2016-cı il prezident seçkisinə müdaxiləsinə dair araşdırmanın hələ də açıq qalıb-qalmadığına dair kəskin mübahisə ediblər.

Respublikaçı liderlər Rusiya müdaxiləsini araşdıran xüsusi prokuror Robert Mueller-in təhqiqatının başa çatdığını əsas gətirirlər.

Buna baxmayaraq Konqresin demokratların çoxluğuna malik bir neçə komitəsində Mueller-in yekun hesabatındakı faktlarla bağlı araşdırmalar davam etdirilir.

Mueller-in hesabatında habelə bu təhqiqata aidiyyəti olan, lakin başa çatmamış bir neçə cinayət işinə də toxunulur.

Hesabat prezident Trump-ın ədalətə mane olduğuna dair qətiyyətli nəticəyə gələ bilməyib, lakin eyni zamanda Trump-ı heç də tamamilə təmizə çıxarmayıb.

Senat respublikaçılarının lideri Mitch McConnell mayın 7-də deyib: “Demokratlar hamıya deyirdilər ki, Rusiya ilə Trump kampaniyası arasında sövdələşmə olub. Digər tərəfdən spesifik olaraq bu məsələ xüsusi prokurorun hesabatı ilə bağlanıb”.

Amma demokratlar araşdırmanın davam etdirilməsini istəyirlər. Nümayəndələr Palatasının demokrat spikeri Nancy Pelosi deyib ki, Konqres bu təhqiqatı davam etdirməsə “vəzifəsini icra etməmiş” sayılacaq:

"Söhbət faktdan getmir. Bu iş hələ bağlanmayıb”.

Mueller hələ 2016-cı ilin yazından FTB tərəfindən başlanmış təhqiqatın aparılması işinə xüsusi prokuror kimi 2017-ci ilin mayından cəlb edilib.FTB-nin bu təhqiqatında Trump-ın seçki kampaniyasındakı adamlarla Rusiya rəsmiləri arasında mümkün əlaqələr araşdırılırdı.

2016-cı ilin sentyabrında FTB uzun müddət xidmət etmiş informatorlarından birini Trump kampaniyası üzvləri ilə görüşüb onların bir rusiyalı ilə söhbətini müzakirə etməyə göndərmişdi.

Trump tərəfindən təyin edilmiş baş prokuror William Barr ötən ay belə bir fikir irəli sürmüşdü ki, FTB-nin bu hərəkəti siyasi kampaniyaya casus göndərilməsi kimi dəyərləndirilə bilər.

Lakin FTB-nin direktoru Christopher Wray mayın 7-də Senat komitəsi qarşısında verdiyi ifadədə,belə görünür Barrın həmin bəyanatını rədd edib:

"Düşünmürəm ki, şəxsən mən buna hər hansı bir sübut görürəm. Mən belə bir termindən istifadə etməzdim”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG