Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:56

ABŞ koronavirusa yoluxmalara görə Çini ötdü


Nyu Yorkda boş qalmış Times Square meydanı
Nyu Yorkda boş qalmış Times Square meydanı

Martın 26-da planetdə koronavirusa yoluxanların sayı yarım milyon nəfəri keçib. İndi COVID-19 virusuna yoluxanlar 526 min nəfərdir. Dünya üzrə bu virusdan ölənlərin sayı 3700 nəfər artaraq 23,700-ə yüksəlib.

Martın 27-ə keçən gecə Birləşmiş Ştatlarda yoluxma hallarının sayı 82,404-ə, ölənlərin sayı 1100-ə çatıb.

Beləliklə, ABŞ, koronavirusa yoluxmalarının sayı 81,782 olan Çini geridə qoyub. İtaliyada COVID-19-a yoluxanların sayı 80,589 nəfərdir.

Koronavirus pandemiyası hazırda dünya liderlərinin gündəliyində birinci məsələdir.

Həndəsi silsilə

Dünya Səhiyyə Təşkilatının (DST) baş direktoru Tedros Adhanom Ghebreyesus martın 26-da deyib ki, pandemiya “qlobal böhran” halını alıb və virusun yayılması “həndəsi silsilə ilə artır”.

Koronavirusdan ölüm halları ən çox İtaliyada baş verib. Bu ölkədə COVID-19 virusundan ölənlərin sayı 8215-ə çatıb.

Bu, bütün dünyada qeydə alınmış ölüm hallarının üçdə biri qədərdir.

İspaniya 4145 ölümlə ikinci yerdədir.

Martın 26-da Böyük iyirmilərin (G20) sammiti fiziki təmasların baş verməməsi üçün ilk dəfə olaraq videokonfrans formatında keçirilib.

G20 liderləri bildiriblər ki, pandemiyanın miqyasından “dərin narahatlıq” keçirirlər.

Sammitdə deyilib ki, “qlobal hərəkət, həmrəylik və beynəlxalq əməkdaşlıq indi həmişə olduğundan daha çox lazımdır”.

Qrupun bəyanatında bildirilir ki, qlobal pandemiya ölkələrin “nə dərəcədə əlaqəli və nə dərəcədə kövrək” olmasının xəbərdarlığına çevrilib.

G20 sammitində üzv ölkələrin qlobal iqtisadiyyata 5 trilyon dollar məbləğində kollektiv töhfə verməsinə çağırış edilib.

ABŞ prezidenti Donald Trump deyib ki, G20 ölkələri arasında “böyük yekdillik” və bu fəlakətə “üstün gəlmək əzmi” var.

Bakıda 2 metrlik məsafə tövsiyəsinə necə əməl olunur?
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

Dramatik addımlar

Dünya ölkələri koronavirusun yayılmasını önləmək məqsədilə sərhədlərin bağlanması, bizneslərin dayandırılması və özünütəcrid kimi dramatik tədbirlərə əl atıblar.

Hazırda bütün dünyada milyardlarla insan müxtəlif dərəcədə hərəkət məhdudiyyətləri yaşayır.

Bəzi ölkələrdə fövqəladə vəziyyət və kommendant saatı tətbiq edilib.

Martın 26-da Cənubi Afrika Respublikası da “bağlandığını” elan edib.

Burada 927 yoluxma halı qeydə alınıb. Ölənlər barədə məlumat verilmir.

ABŞ-ın infeksiyalar üzrə baş eksperti Anthony Fauci xəbərdarlıq edib ki, cənub yarımkürəsində qış fəsli gəlir və bu isə gələn qrip mövsümündə koronavirusun təkrar epidemiyasına səbəb ola bilər.

O habelə deyib kİ, hazırda Çin rəsmiləri ölkəyə kənardan gətirilən yoluxmaların artmasından narahatdırlar. Halbuki ölkədə yoluxma hallarının sayı azalmağa başlayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG