Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:27

ABŞ İrana görə İraq şirkətinə sanksiya elan edir


Stephen Mnuchin
Stephen Mnuchin

Birləşmiş Ştatlar İraqda mənzillənmiş bir şirkətə onun təbirincə deyilərsə, İran İslam İnqilab Keşikçiləri Korpusuna ABŞ sanksiyalarından yan keçərək milyonlarla dollarlıq silah qaçaqmalçılığı etməkdə köməyinə görə sanksiyalar qoyub.

ABŞ Maliyyə Nazirliyinin iyunun 11-də verilmiş bəyanatında deyilir ki, sanksiya Bağdadda yerləşən South Wealth Resources Company şirkətini və onun iki vəzifəli rəsmisini hədəfləyir.

ABŞ onları İİKK-ə silah və maliyyə dəstəyi verməkdə ittiham edir.

ABŞ Maliyyə Nazirliyi bildirib ki, regionda İİKK-in Qüds Qüvvələrinin təmsili qruplaşmalarına silah verən İran silah qaçaqmalçılığı şəbəkəsinə qarşı ciddi tədbirlər görülür.

Bəyanatda bildirlir ki, bu qanunsuz şəbəkə ayrı-ayrı fiqurların varlanmasına xidmət edir.

Maliyyə naziri Steven Mnuchin deyib ki, İraqın maliyyə sektoru və bütövlükdə beynəlxalq maliyyə sistemi Tehranın ziyanlı əməllərinin qarşısının alınması üçün sərt müdafiə sistemi qurmalıdırlar.

İran və İraq bu sanksiyalara hələlik reaksiya verməyib.

Ötən apreldə ABŞ fövqəladə addım ataraq İİKK-i terrorçu təşkilatlar siyahısına daxil edib.

Bu sanksiyalar Yaponiya baş naziri Shinzo Abenin Tehrana səfəri dövrünə təsadüf edir. Abe Tehran və Vaşinqton arasında gərginliyin azaldılması üçün səylər göstərir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG