Keçid linkləri

2025, 16 Yanvar, Cümə axşamı, Bakı vaxtı 20:46

ABŞ İran üzərinə yeni sanksiyalar qoyur, amma…


ABŞ dövlət katibi Mike Pompeo
ABŞ dövlət katibi Mike Pompeo

Birləşmiş Ştatlar İranın bir neçə nəqliyyat firmasına sanksiyalar elan edib. Vaşinqton bu şirkətləri İrandan Yəmənə “ölümcül silahlar” daşımaqda və kütləvi qırğın silahlarının yayılmaması barədə müqaviləni pozmaqda ittiham edir.

Bununla belə dekabrın 11-də yeni sanksiyaları elan edən dövlət katibi Mike Pompeo deyib ki, Tehran və Vaşinqton arasında ötən həftəsonu həyata keçirilmiş məhbus dəyişdirilməsi dialoqun başlanğıcı ola bilər.

ABŞ-ın yeni sanksiyalarının hədəfi İran biznesmeni Abdolhossein Khedri-nin nəqliyyat şəbəkəsidir. Bəyanatda deyilir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu bu şəbəkədən Yəməndəki huti qiyamçıları üçün silah daşınmasında istifadə edib.

Bundan başqa artıq sanksiyalar altında olan Mahan Air hava şirkətinə də yeni sanksiyalar qoyulub. Bu şirkət Suriya prezidenti Bashar al-Assada dəstək üçün Suriyaya döyüşçü və təchizat malları daşımaqda ittiham edilir.

Sanksiya siyahısına bu hava şirkətinin Honq Konq və Dubaydakı ofisləri daxil edilib.

Sanksiyalar sözü gedən şirkətlərlə əməkdaşlıq və biznes edənlərin cəzalandırılmasını nəzərdə tutur.

İran və ABŞ arasında münasibətlər prezident Donald Trump Vaşinqtonu 2015-ci il nüvə sazişindən çıxarandan bəri gərginləşib.

Bunun ardınca İran üzərinə ABŞ sanksiyaları bərpa olunub.

Trump bu sazişin təzələnməsini və İranı ballistik raketlərin inkişaf etdirilməsindən və Tehranın Yaxın Şərqdəki şiə qruplaşmalarına dəstək verməsindən məhrum etməsini istəyir.

Trump bildirib ki, İran Yaxın Şərqdə özünün “ziyanlı fəaliyyətlərinə” son qoymayınca onun üzərinə maksimum təzyiq siyasəti davam etdiriləcək.

Dövlət katibi Mike Pompeo deyib ki, İranın dekabrın 7-də Prinston Universitetinin məzunu Xiyue Wang-ı azad etməsi iki ölkə arasında münasibətlərin yaxşılaşmasına “nikbin siqnal” ola bilər.

Pompeo deyib ki, iki ölkə arasında məhbusların dəyişdirilməsi konsulluq sahəsində irəliləyişə nail olunmasına kömək edə bilərdi.

ABŞ rəsmiləri bildirirlər ki, İran hələ də bir ABŞ vətəndaşını və İran-ABŞ ikili vətəndaşlığı olan daha 5 nəfəri həbsdə saxlayır.

İran tərəfi isə bildirir ki, 20-dək İran vətəndaşı ABŞ həbsxanalarında saxlanır.

Amma dekabrın 11-də İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musavi Fransa prezidenti Emmanuel Macron-u öz ölkəsinin daxili işlərinə qarışmaqda ittihm edib.

Macron İranda həbsxanada olan iki Fransa vətəndaşının azad edilməsini tələb etmişdi.

XS
SM
MD
LG