Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:50

Trump İrana qarşı müharibəyə yox, 'ən ağır' sanksiyalara üstünlük verir


Birləşmiş Ştatlar ötən həftəsonu Səudiyyənin neft infrastrukturuna hücumun ardınca sentyabrın 20-də İran üzərinə onun mərkəzi bankı və milli inkişaf fondunu da hədəfləyən yeni sanksiyalar elan edib.

Bu sanksiyaları “indiyədək hər hansı ölkə üzərinə qoyulmuş ən ağır sanksiyalar” adlandıran prezident Donald Trump sentyabrın 20-də işarə edib ki, o, İrana qarşı dərhal hərbi əməliyyata əmr verməyə meyllənmir.

Milli Təhlükəsizlik Şurasının iclasından əvvəl Ağ Evdəki kabinetindən danışan prezident deyib ki, o “təmkinin daha böyük güc nümayiş etdirməsinə” inanır və tammiqyaslı müharibədən yan keçmək istəyir:

"Düşünrəm ki, sanksiyalar işləyir. Hərbiyyə də işləyə bilərdi. Bu qalib gəlməyin çox sərt yolu olardı”.

Lakin ABŞ maliyyə naziri Steven Mnuchin deyib ki, “İranın Səudiyyə Ərəbistanı üzərinə həyasız hücumu qəbuledilməzdir” və Birləşmiş Ştatlar “İranın repressiv rejiminə qarşı maksimum təzyiq kampaniyasını davam etdirəcək”.

Yeni sanksiyalar İran Mərkəzi Bankını, Milli İnkişaf Fondunu (Milli Ehtiyat Fondu) və İranda mənzillənmiş Etemad Tejarate Pars şirkətini hədəfləyir.

Nazirliyin bəyanatında deyilir ki, hədəflənən qurumlar Tehranın “əlaltı və terrorçu qruplarının” başlıca maliyyə mənbəyidir.

Bəyanatda İran İnqilab Keşikçiləri Korpusunun, onun Qüds qüvvələrinin və Livandakı Hizbullah hərəkatının adları çəkilir.

Maliyyə Nazirliyi bildirir ki, İranın Mərkəzi Bankı bu təşkilatlara “milyardlarla dollar” verib.

Bu da qeyd olunur ki, Etemad Tejarate Pars şirkətindən İranın hərbi mallar almasının pərdələnməsi üçün istifadə olunur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG