Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

ABŞ İran generalına sanksiyalar elan edir


Hassan Shahvarpour
Hassan Shahvarpour

Birləşmiş Ştatlar yanvarın 17-də İranda noyabr ayında baş vermiş antihökumət etirazlarının qəddarlıqla yatırılmasında iştirak etmiş yüksək rütbəli İran hərbçisinə sanksiyalar qoyub.

İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) briqada generalı Hassan Shahvarpour-a Mahşəhr şəhərində noyabr etirazlarının yatırılmasındakı roluna görə ABŞ-a daxil olmaq qadağan edilib.

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brian Hook deyib ki, briqada generalının əməlləri ABŞ Dövlət Departamentinə göndərilmiş video və foto materiallarla sübut olunub.

Hook bu münasibətlə keçirilən mətbuat konfransında deyib ki, Shahvarpour Mahşəhrdə qətlə yetirilmiş 148 nəfərin ölümünə görə məsuliyyət daşıyır.

Hook-un sözlərinə görə Dövlət Departamenti indiyədək bu qəbildən olan 88 min mesaj alıb.

Tehran Mahşəhrdəki “silahlı separatçılara” qarşı çıxış etdiyini etiraf etsə də, geniş yayılmış repressiyalar barədə Birləşmiş Ştatların və insan haqları təşkilatlarının iddialarını təkzib edir.

Mahşəhr əhalisinin böyük bir qismi etnik ərəblərdir. Ötən noyabrda İranda yanacaq qiymətlərinin qaldırılması ilə bağlı ən gur etirazlardan biri də burada baş vermişdi.

Hook deyib ki, İranın ali rəhbəri Ali Khamenei-nin yanvarın 17-də verdiyi sərt xütbəsinə rəğmən Tehran general Qasem Soleimani-nin ölümü ilə bağlı hərbi eskalasiyanı gücləndirmir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG