Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 11:38

ABŞ Rusiyanın 6 kəşfiyyatçısı barədə cinayət işi qaldırıb


Rusiya Baş Kəşfiyyat İdarəsi - GRU-nun Moskvadakı iqamətgahı
Rusiya Baş Kəşfiyyat İdarəsi - GRU-nun Moskvadakı iqamətgahı

ABŞ Ədliyyə Nazirliyi oktyabrın 19-da kiberhücumlarla əlaqədar Rusiya hərbi kəşfiyyatının 6 zabitinə qarşı cinayət ittihamının irəli sürüldüyünü bəyan edib.

ABŞ prokurorları bildirirlər ki, şübhəlilər Rusiya hərbi kəşfiyyatının 2016-cı ildə Kremlin ABŞ seçkisinə müdaxiləsində iştirakda ittiham olunan eyni şöbəsinin əməkdaşlarıdır.

Həmin vaxt Rusiyaya bağlı hakerlər ABŞ Demokratik Partiyasının kompüter serverlərinə müdaxilə etmiş, elektron məktubları oğurlayaraq sızdırmışdılar.

Eyni şəxslər

Bu da bildirilir ki, eyni şəxslər 2017-ci ildə Fransa prezident seçkisinə kiberhücumun arxasında olublar.

Şübhəlilərin habelə keçmiş Rusiya casusu Sergey Skripalın zəhərlənməsi ilə bağlı olduqları bildirilir.

Xəbərdə deyilir ki, Rusiya hakerləri habelə Ukrayna parlamentinə, bu ölkənin Maliyyə Nazirliyi və elektik təchizatı sisteminə hücum ediblər.

Bu da qeyd olunur ki, ABŞ Rusiya Baş Kəşfiyyat İdarəsi – GRU zabitlərinə dair cinayət təhqiqatı zamanı bir sıra xarici ölkələrdən, habelə Google, Cisco, Facebook və Twitter də daxil nəhəng ABŞ şirkətlərindən məlumat dəstəyi alıb.

Məhkəmə qarşısına çıxarılmasalar da...

Birləşmiş Ştatların bu şəxsləri nəvaxtsa məhkəmə qarşısına gətirəcəyi ağlabatan görünməsə də, bu şəxslər ABŞ-la ekstradisiya razılaşması olan heç bir ölkəyə səfər edə bilməyəcəklər.

Ədliyyə Nazirlyinin məlumatında deyilir ki, söhbət Yuri Andriyenkodan, Sergey Detistovdan, Pavel Frolovdan, Anatoli Kovalyovdan, Artyom OçiçenkodanPyotr Plişkindən gedir.

Onlar habelə 2017-ci ildə NotPetya ziyanlı proqramını yaymaqda ittiham olunurlar.

Bu proqram həmin vaxt qərbi Pensilvaniyada təcili tibb xidmətlərini iflic etməklə 10 milyard dollarlıq ziyan vurmuşdu.

Oktyabrın 19-da habelə Britaniya Xarici İşlər Nazirliyi bildirib ki, GRU hakerləri koronavirusa görə təxirə salınmış Tokio 2020 Olimpiadasının təşkilatçılarını hədəfləyiblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG