Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

Trump-ın Ukrayna qalmaqalında adı hallanan enerji naziri istefaya gedəcək


Donald Trump (sağda) və enerji naziri Rick Perry
Donald Trump (sağda) və enerji naziri Rick Perry

ABŞ prezidenti Donald Trump istefaya gedən enerji naziri Rick Perry-ni əvəz edəcək rəsminin adını elan edib.

Trump Twitter-də yazdığı postda bildirir ki, bu, Perry-nin müavini Dan Brouillette olacaq.

Prezident Brouillette barədə yazıb ki, o öz sahəsində “müqayisəiz” təcrübəyə malikdir və “tam bir peşəkardır”.

***

Bundan əvvəl ABŞ prezidenti Donald Trump demişdi ki, onun Ukrayna ilə bağlı qalmaqalında aparıcı rollardan birini oynamış enerji naziri Rick Perry bu ilin sonunadək postunu tərk edəcək.

Bu bəyanatı oktyabrın 17-də verən Trump bildirib ki, yeni nazirin nominasiyasını tezliklə irəli sürəcək.

Trump deyib ki, o namizədin kim olacağını artıq bilir.

Bundan əvvəl media xəbərlərində Perry-nin yaxın vaxtlarda istefaya gedəcəyi deyilirdi.

Bir rəsmi bildirib ki, Perry onun doğma ştatı Texasa uçan prezident təyyarəsinin göyərtəsində olub. Trump Texasda kampaniya mitinqi keçirməli idi.

Trump-ın administrasiyası onun prezidentliyi başlanandan bəri ən çox kabinet üzvünün dəyişildiyi komanda olub.

Konqres demokratları Trump-a qarşı impiçment araşdırması çərçivəsində Perry-ni də ifadə verməyə çağırıblar.

Çağırışda deyilir ki, Perry Ukraynanın dövlət nef və qaz konqlomeratı olan Naftogaz şirkətinə aid onda olan bütün sənədləri təqdim etməlidir.

O habelə Trump-ın Ukrayna prezidenti Volodymyr Zelenskiy ilə 25 iyul telefon söhbəti barədə ifadə vernəli olacaq. Enerji naziri prezidentin bu telefon danışığında iştirak edib.

Oktyabrın 18-də Fox News kanalına müsahibə verən Perry deyib ki, onun Trump administrasiyasının Ukrayna ilə münasibətlərindəki ziddiyyətlə heç bir əlaqəsi yoxdur.

Perry bildirib ki, o istefadan sonra doğma Texasa qayıtmağı planlaşdırır.

İmpiçment araşdırması ilə əməkdaşlıq edib-etməyəcəyinə dair suala cavab olaraq Perry özünün vəkillərinə müraciət edilməsini xahiş edib.

Trump bildirib ki, iyulun 25-də Zelenskiyə zəng edilməsinin təşəbbüskarlarından biri də Perry olub.

Bu telefon söhbəti zamanı Trump ukraynalı həmkarından keçmiş ABŞ vise-prezidenti Joe Biden və onun oğlunun araşdırılmasını istəmişdi.

Biden 2020-ci il ABŞ prezident seçkisində Trump-ın əsas rəqibi ola bilər.

Texasın keçmiş qubernatoru, habelə respublikaçıların praymeriz seçkisində Trump-ın rəqibi olmuş Perry bundan əvvəl noyabrda istefa verəcəyinə dair şayiələri təkzib etmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG