Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:11

ABŞ gəmilərinə yaxınlaşan İran katerləri ‘qanuni hədəf’ sayılacaq


İİKK-in katerləri ABŞ hərbi gəmisinə yaxınlaşarkən
İİKK-in katerləri ABŞ hərbi gəmisinə yaxınlaşarkən

ABŞ hərbiyyəsi İrana xəbərdarlıq edib ki, onun Fars körfəzindəki hərbi gəmilərinə 100 metrdən az məsafədə yaxınlaşan başqa gəmi və katerlər “hədə kimi qiymətləndirilə və onlara qarşı qanuni müdafiə tədbirləri” görülə bilər.

Mayın 19-da dəniz üzərindən radio ilə verilən bu xəbərdarlıqdan əvvəl ABŞ prezidenti Donald Trump daha açıq bəyanat verərək bildirmişdi ki, ABŞ Donanması “onun gəmilərini qısnayan bütün İran katerlərini vurmalı və məhv etməlidir”.

Donanma bildirişində deyilir ki, belə bir xəbərdarlığa səbəb son vaxtlar baş verən hadisələr olub və “hər hansı yanlış addım risklərini minimuma endirmək” məqsədi daşıyır.

Aprel ayında ABŞ Bəhreyndə bazalanan 5-ci Donanması İran İslam Keşikçiləri Korpusunu, onun katerlərinin Fars körfəzindəki ABŞ hərbi gəmilərinə “təhlükəli məsafədə yaxınlaşmasına” görə ittiham etmişdi.

Artıq bir neçə illərdir ki, İranın müxtəlif kiçik gəmiləri və sürət katerləri Fars körfəzindəki və Hörmüz boğazındakı ABŞ hərbi gəmilərini qısnamaqla məşğuldurlar.

Hörmüz boğazından bütün dünya tankerlərinin 20 faizi keçir.

Eskalasiya zənciri

Lakin son vaxtlarda bir neçə hadisə ABŞ və İran arasındakı münasibətləri az qala açıq toqquşma həddinə gətirib.

ABŞ 2018-ci ildə 2015-ci ilin nüvə sazişindən birtərəfli qaydada çıxıb və İran üzərinə ağır iqtisadi sanksiyaları bərpa edib.

Ötən il İran Fars və Oman körfəzlərində bir neçə gəmiləri həbs etmişdi.

Birləşmiş Ştatlar İranı habelə Səudiyyə Ərəbistanın neft qurğularına raket hücumunun arxasında olmaqda ittiham edirdi.

İran bunun ardınca ABŞ dronunu vurduğunu iddia etmişdi.

Nəhayət bu ilin yanvarında İİKK Qüds qüvvələrinin komandanı general Qasem Soleimani İraqda ABŞ-ın dron zərbəsi ilə öldürülüb.

Bundan sonra İran İraqda ABŞ hərbçilərinin də xidmət etdiyi iki hərbi bazanı raket atəşinə tutmuşdu.

Raketlərin əksəriyyəti bazanın ətraflarını vursa da, ABŞ yüzədək əsgərinin beyin silkələnməsi keçirdiyini bildirmişdi.

Fars körfəzindəki ABŞ və İran donanmaları arasında birbaşa kommunikasiya üçün qaynar xətt yoxdur və buna görə də bu bölgədə tez-tez təhlükəli vəziyyətlər yaranır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG