Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:52

ABŞ demokratları FTB-dən təcili və qapalı brifinq tələb edirlər


Nümayəndələr Palatasının demokrat spikeri Nancy Pelosi (sağda) və senator Chuck Schumer
Nümayəndələr Palatasının demokrat spikeri Nancy Pelosi (sağda) və senator Chuck Schumer

ABŞ Konqresinin vəzifəli demokrat millət vəkilləri, onların təbirincə deyilərsə, 3 noyabr seçkisinə dezinformasiyaların yayılması vasitəsilə əlaqələndirilmiş xarici müdaxiləyə dair təcili kəşfiyyat brifinqinin verilməsini tələb ediblər.

Nümayəndələr Palatasının demokrat spikeri Nancy Pelosi, Senat azlığının lideri Chuck Schumer və daha iki demokrat konqresmen iyulun 20-də yazdıqları məktubla bu tələbi Federal Təhqiqatlar Bürosuna (FTB) ünvanlayıblar. Məktubda deyilir:

"Biz, belə görünür ki, Konqresin əlaqələndirilmiş xarici müdaxilə kampaniyası ilə hədəflənməsindən dərindən narahatıq…Bu kampaniyadan məqsəd Konqresin fəaliyyətinə, ictimai debatlara və prezident seçkisinə dezinformasiya ilə müdaxilə etməkdir”.

Məktubda qarşıdan gələn prezident seçkisinə ciddi və konkret hədələrdən söz açılır və deyilir ki, FTB bu barədə iyulun sonunadək bütün Konqres üzvlərini qapalı brifinqlə məlumatlandırmalıdır.

FTB belə bir məktubu aldığını təsdiqləsə də, başqa şərh verməyib.

Konqres seçkisinə müdaxilə cəhdi yalnız məşq idi

Məktubda dezinformasiyanın təbiətinə aydınlıq gətirilmir və sözü gedən hədələr konkret olaraq heç bir ölkəyə aid edilmir.

Kəşfiyyat rəsmiləri bundan əvvəl İran, Çin və Rusiya tərəfindən dezinformasiya kampaniyalarına rəhbərlik edildiyini bildirmişdilər.

2016-cı ilin prezident seçkisindən sonra ABŞ-ın kəşfiyyat və hüquq-mühafizə orqanları müəyyən etmişdi ki, Rusiya seçkiyə kompüterlərə haker hücumları həyata keçirmək və sosial medianımanipulyasiya etməklə, habelə respublikaçı namizəd Donald Trump-ın Hillary Clinton-a qarşı şanslarını artırmaq məqsədilə müdaxilə edib.

ABŞ rəsmiləri bunu da bildirmişdilər ki, 2018-ci ilin Konqres seçkisinin səsvermə sisteminə də müdaxilə cəhdləri olub və bu, əslində 2020-ci il seçkisinə müdaxilə üçün bir növ məşq idi.

Müdaxilənin seçimləri

Fevral ayında FTB rəsmisi demişdi ki, Rusiya ABŞ cəmiyyətində parçalanma törətmək və ABŞ seçki sisteminə inamsızlıq yaratmaq məqsədilə müdaxilə edir.

Bu ayın əvvəllərində FTB-nin direktoru Christopher Wray bildirib ki, Çin ABŞ seçkisinə müdaxilə məqsədilə ABŞ-da ictimai rəyə təsir göstərməyə çalışır.

O demişdi ki, bu müdaxilə spesifik olaraq seçkini hədəfləmir, lakin heç şübhəsiz seçki üçün mürəkkəblik yaradır.

Christopher Wray bildirmişdi ki, müdaxilənin öz seçimləri var.

Prezident seçkisində demokratları təmsil edəcək keçmiş vitse-prezident Joe Biden bildirib ki, prezident seçkisinə müdaxilə olarsa, o bir prezident kimi bu müdaxiləyə ən sərt şəkildə reaksiya verilməsini təmin edəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG