Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

ABŞ tarixində ilk dəfə afroamerikalı hərbi-hava qüvvələri komandanı oldu


Charles Q. Brown Jr
Charles Q. Brown Jr

ABŞ Senatı ölkə tarixində ilk dəfə olaraq afroamerikalını ölkə silahlı qüvvələrindən birinin komandanı təsdiq edib.

General Charles Brown iyunun 9-da Senat səsverməsində yekdilliklə ABŞ Hərbi Hava Qüvvələrinin qərargah rəisi vəzifəsinə təsdiq olunub.

Bu, Birləşmiş Ştatların hərbi hava donanmasında ən yüksək rütbədir.

ABŞ prezidenti Donald Trump iyunun 9-da yazdığı tvitdə bu təyinatı “tarixi hadisə” adlandırır:

“General Brown-la yaxından işləmək imkanından çox məmnunam. O Vətənpərvər və Böyük Liderdir!”

Trump Brown-un bu vəzifəyə namizədliyini mart ayında təqdim etmişdi.

Lakin səsvermə ölkə boyunca irqçiliyə qarşı etirazların davam etdiyi bir vaxta təsadüf edib. Bu etirazlar George Floyd adlı qaradərili vətəndaşın mayın 26-da Minneapolisdə həbs edilərkən vəfat etməsindən sonra başlanıb.

Tənqidçiləri Trump-ı cəmiyyətdəki irqi ixtilafları alovlandırmaqda günahlandırırlar. Prezident bu ittihamları qətiyyətlə rədd edir.

Bugünlərdə ölkə hərbiyyəsi də təzyiq altında olub. Trump izdihamlı və bəzən zorakı nümayişlərə nəzarəti əldə saxlamaq üçün Milli Qvardiyanı göndərib, üstəlik iğtişaşların yatırılması üçün ordu hissələri yeridiləcəyi ilə hədələyib.

Hərbi statistika

Brown son vaxtlaradək ABŞ Sakit Okean Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsində olub.

Video ilə etdiyi müraciətdə hərbçi özünün real həyatda irqçilik zəminində üzləşdiyi bəzi təcrübələrdən söz açıb. O bildirib ki, ABŞ-da bu sahədə vəziyyət yaxşılaşmaqdadır:

“Mən hərbi-hava qüvvələrində xidmət etdiyim vaxtlarda bəzən eskadrada yeganə afroamerikalı olmuşam… Mən bugün və sabah vəziyyətin daha da yaxşılaşması üçün bir şəxs, bir peşəkar kimi nə edə biləcəklərim barədə düşünürəm…”

Afrika mənşəli amerikalılar ABŞ əhalisinin 13 faizini, aktiv ordu sıralarında olanların 19 faizini təşkil edir. Buna baxmayaraq qaradərililər zabit heyətində yalnız 9 faizdirlər.

Bunlardan 71-i general və ya başqa komandan rütbəli zabitlərdir. Afroamerikalı zabitlətin toplam sayı 891-dir. Bu, bütün zabit heyətinin 8 faizidir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG