Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

ABŞ Belarus hökumətindən zorakılığın dərhal dayandırılmasını tələb edir


Minskdə OMON etirazçı tələbəni saxlayır
Minskdə OMON etirazçı tələbəni saxlayır

ABŞ dövlət katibi Mike Pompeo deyib ki, Birləşmiş Ştatlar Belarus hökumətindən müxalifət üzərinə zorakı hücumların dərhal dayandırılmasını tələb edir.

Pompeo sentyabrın 2-də keçirilən mətbuat konfransında bunu da deyib ki, ABŞ Belarusda insan haqlarının tapdanmasına görə məsuliyyət daşıyanlara qarşı sərt və konkret sanksiyaların qoyulması məqsədilə özünün Avropa müttəfiqləri ilə məsləhətləşmələr aparır.

Dövlət Departamentində Belarus siyasəti məsələlərinə baxan George Kent deyib ki, Birləşmiş Ştatlar bu istiqəmatdə Avropa müttəfiqləri ilə məsləhətləşmələri davam etdirəcək.

Kent Vaşinqtonda keçirilıən mətbuat konfransında bildirib ki, ABŞ Belarusdakı vəziyyətə müdaxilə edəcəyi təqdirdə Rusiya üzərinə də sərt sanksiyaların qoyulmasını planlaşdırır.

O deyib ki, bu halda Moskva ilə Vaşinqton arasındakı münasibətlər indikindən də pis ola bilər.

Kent vurğulayıb ki, Lukashenka hökuməti Belarus xalqının gözündə “bütün legitimliyini itirib”.

Kentin sözlərinə görə, Rusiyanın Belarusa hərbi müdaxiləsi Moskvanın imici üçün fəlakətli ola bilər.

Belarusda baş verən son hadisələr

Belarusda artıq üçüncü həftədir ki, avqustun 9-da keçirilmiş prezident seçkisinin rəsmi nəticələrinə etiraz edən kütləvi aksiyalar davam edir.

Bu nəticələrə görə ölkəyə 26 ildir ki, avtoritar rəhbərlik edən Alyaksandr Lukashenka 80 faiz səslə qalib gəlib.

Bir sıra müxalifətçilər Lukashenka-nın əslində 3 faiz səs topladığını iddia edirlər.

Belarusda davam edən izdihamlı mitinqlərdə Lukashenka-nın istefası, bütün siyasi məhbusların azad olunması və yenidən azad və ədalətli seçki keçirilməsi tələb olunur.

Dünya boyunca bir çox ölkələr Belarusda keçirilmiş seçkinin nəticələrini tanımadıqlarını bildiriblər.

Buna baxmayaraq Lukashenka hökuməti etirazçıların saxlanmasını davam etdirir. Sentyabrın 1-də və 2-də ölkə boyunca 128 nəfər saxlanıb.

Bu arada onlarca jurnalist Minskdə polis idarəsinin qarşısına toplaşaraq saxlanmış həmkarlarının sərbəst buraxılmasını tələb edib.

Minskdə Belarus Xarici Dillər Universirtetinin tələbələri canlı zəncir yaradıblar.

Bu aksiyanın iştirakçısı olan azı səkkiz nəfərin saxlandığı xəbər verilir.

Bu da xəbər verilir ki, Minskdə polis PandaDoc kompüter proqramları şirkətinə reyd keçirib və müəssisənin direktoru saxlanıb.

PandaDoc şirkətinin başçısı Mikita Mikado hakimiyyətin etirazçılara qarşı zorakılığına cavab olaraq polis xidmətini tərk edən şəxslərə yardım göstərilməsinə dair təşəbbüsə başlamışdı.

Lukashenka hökuməti Moskva ilə təmasları artırıb

Bu arada güclü ictimai etirazla üzləşən Belarus hakimiyyəti Moskvadan dəstək alınması istıqamətində intensiv fəaliyyət göstərir.

Sentyabrın 2-də Moskvaya səfəri əsnasında Belarus xarici işlər naziri Uladzimer Makey Rusiyaya onun təbirincə deyilərsə, “xaricdən qızışdırılan böhran” şəraitində Belarus hökumətinə dəstəyə görə təşəkkürünü bildirib.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov Makeylə birgə keçirdiyi mətbuat konfransında Qərbin Belarusdakı “destruktiv” fəaliyyətini tənqid edib.

O habelə iddia edib ki, Ukraynada təlimdən keçmiş 200-dək ekstremist hazırda Belarus ərazisindədir.

Lukashenkaya qarşı sanksiyalar tətbiq edildi
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Lavrov bəyan edib ki, Moskva Belarusun sabitsizləşdirilməsinə və ya bu ölkənin Rusiya ilə bağlarının zəiflədilməsinə yönəlmiş bütün cəhdlərə “sərt və layiqli” bir şəkildə cavab verəcək.

Rusiya xarici işlər naziri xatırladıb ki, Rusiya və Belarus ordularının qərargah rəisləri birgə hərbi təlimlərin keçirilməsini müzakirə ediblər.

Belarus müdafiə naziri Viktar Khrenin sentyabrın 4-də MDB ölkələri nazirlərinin görüşündə iştirak edəcək.

Rusiya baş naziri Mikhail Mishustin Belarusa sentyabrın 3-də səfər etməlidir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG